"Görüş düşmənə qarşı mübarizə əzminin güclənməsinə kömək edir”

Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil təqdim edilib, o cümlədən, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Eləcə də bu vaxta qədər müharibə əlillərinə 6144 avtomobil verilib.

Məsələ ilə bağlı  açıqlama verən millət vəkili Musa Qasımlı deyib: "Cənab Prezidentimiz İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri ilə görüşü onlara həm dövlətimizin xüsusi qayğısının, həm də milli-mənəvi dəyərlərimizə olan böyük diqqət və ehtiramın göstəricilərindən biridir. Bu görüş eyni zamanda gənclərimizdə vətənpərvərlik, dövlətçilik və torpaq sevgisi hisslərinin, düşmənə qarşı mübarizə əzminin güclənməsinə kömək edir".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31