Erməni yalanı bu gün bütün dünyanı bürüyüb
Onun tüstüsü təəssüf ki, dünya xalqlarının çoxunun gözünü həqiqətdən yayındıra bilir
29 Yanvar 2019 13:14 SiyasətOnun tüstüsü təəssüf ki, dünya xalqlarının çoxunun gözünü həqiqətdən yayındıra bilir
Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik hərəkətlilik artsa da, lakin görünən odur ki, işğalçı Ermənistan hələ də problemin sülh yolu ilə həllində maraqlı deyil və hər vasitə ilə prosesdən yayınmağa çalışır. Paralel olaraq işğalçı ölkə rəsmilərinin açıqlamaları, eləcə də mediasını yazdıqlarından belə anlaşılır ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini özününküləşdirmək niyyətindədir. Elə müstəqil ekspert Rövşən Məmmədlinin sözlərinə görə, indi Ermənistan mətbuatının və siyasilərinin fikirlərini örgəndikcə məlum olur ki, Ermənistan siyasi dairəsi torpaqlarımızı azad edəcəklərini xəyallarına belə gətirmirlər. Onun sözlərinə görə, ermənilərin son 100 illik tarixini dərindən bilən hər bir azərbaycanlı ermənilərin bu "düşüncələrinə" heç də şübhə etməzlər: "Hələ 1918-20-ci illərdə Zəngəzurda, Naxçıvanda, Vedibasarda, İrəvanın özündə, eləcə də digər bölgələrdə erməni daşnakları dinc soydaşlarımıza divan tutub, ucdantutma hamını qırarkən, doğma obasından qovarkən Azərbaycanın o zamankı Demokratik Cümhuriyyəti ilə Ermənistanın daşnak hakimiyyəti arasında dinc əhaliyə toxunmamaq, təcavüzkarlıq etməmək haqda razılaşmalar əldə ediləndə, bəzi mübahisələrlə bağlı sülh bağlananda heç onun mürəkkəbi qurumamış ermənilər həmin razılaşmaları pozur və daha qəddar əməllər törədirdilər. Tarixdə erməni dövləti olmadığından erməni dövlətinin heç bir sülh danışıqlarında da adı yoxdur. Məhz son 100 ildə Azərbaycan torpaqları hesabına bu vətənsiz, sərsəri, nankor millət özünə dövlət qurduqdan sonra həmişə qonşuları ilə münaqişədə olub. 1919-cu ildə hətta Gürcüstanla müharibə vəziyyətində olublar. Andronikin, Dronun quldur dəstələri dəfələrlə İran ərazilərinə soxulub dinc əhaliyə qarşı qırğınlar törədiblər. Türkiyədə də ermənilər çeteler yaradıb dağlara çəkilib dinc xalqa qarşı amansız qətliamlar ediblər. Ermənilərin verdikləri sözü tutmamaları qanlarındadır. Həm də min illər boyu kilsələrinin onların arasında yanlış təbliğat aparmasının sonucudur. İndi ermənilərin Dağlıq Qarabağla bağlı bizimlə razılaşıb torpaqlarımızı bizə dinc yolla, sülh yolu ilə qaytaracaqlarına Azərbaycanda inanan hesab edirəm yoxdur".
Rövşən Məmmədlinin qənaətincə, Azərbaycanda ictimai-siyasi mühitdən çıxmış hər hansı bir şəxs söyləyirsə ki, sülh yolu ilə Dağlıq Qarabağ məsələsi ədalətli həllini tapacaq, bu yalnış yanaşmadır: "Söhbət sadə erməni xalqından getmir. Ermənistanda sadə xalqı heç saya salan da yoxdur. Sadə xalq erməni "başçılarına" türklərə qarşı çıxmaq, Türk düşmənçiliyini daha da qızışdırmaqda istifadə etmək üçün lazımdır. Qərb imperialistlərinin və Çar Rusiyasının dəstəyi ilə Osmanlıya qarşı amansız çete müharibəsi aparan erməni daşnakları Osmanlı dövlətini,Türk xalqını yalanda suçlayıb dünyanın gözündən salmaq üçün bəzən özləri yüzlərlə sadə ermənini qırır, hətta bütöv erməni kəndini yandırıb sonra da Türkəri bunda günahlandırırdılar. Guya erməniləriTürklər qırıb. Bununla da xristian dünyasını Osmanlının üzərinə salmağa çalışırdılar". Ekspert qeyd edib ki, 1988-ci ildə Sumqayıt hadisələrinin törədilməsi də ermənilərlə DTK-nın planları idi: "Erməni xarakteri elə yenə odur və indi özlərinə dövlət qurduqları və bu dövləti "Böyük Ermənistan" etmək xülyası ilə alışdıqları üçün daha da murdar xarakter alıblar. Erməni yalanı bu gün bütün dünyanı bürüyüb, onun tüstüsü təəssüf ki, dünya xalqlarının çoxunun gözünü həqiqətdən yayındıra bilir. Bizim Azərbaycanda əhalinin əksər hissəsi heç ermənilərin nə istədiklərini, Qarabağda nə baş verdiyini, ermənilərin Azərbaycanın gələcəyi ilə bağlı daha qorxulu planlarını belə bilmir və bilməkdə istəmir. Bu çox qəribə bir haldır. Bir milyon azərbaycanlı cənnət Qarabağından, füsunkar Zəngəzurundan qaçqın düşüb, heç içindən 100 nəfəri meydana çıxıb Qarabağa qayıtmağı tələb etmir. Sanki xalq öz doğma yurdundan küsüb, oraları unudublar. Azərbaycanda kökəncə 4 milyona yaxın Qərbi azərbaycanlı olduğu halda içindən 400 adam çıxıb Qərbi Azərbaycanın davasını aparmır. Oraya, tarixi vətəninə qayıdışı tələb etmir".
Rövşən Məmmədli deyir ki, uzun illər beynəlxalq hüquqla daban-dabana zidd olan "Madrid prinsipləri" müzakirələri aparıldı: "Ermənilər bu uzanan danışıqlarla torpaqlarımızı əbədi əldə edəcəklərinə ümidləndirdilər. Sonra "Substansiv danışıqlar" adı ilə görüşlər başladılar. Bu zaman isə Ermənistan rəhbərləri heç görüşlərə gəlməyi belə artıq hesab etdilər və nə qədər acı da olsa onlar bizə şərt qoymağa başladılar. İndi də yeni formalar tapırlar. Kim bu məsələ ilə bağlı daha "konstruktiv ideya" verə bilər?. Bununla da ermənilərin xeyrinə işləyən vaxtı uzadırlar. İndi də bir tapmaca ideya kimi "xalqları sülhə hazırlamaq" ortaya atılıb. Sual olunur, bu sülhün adı nədir, şərtləri nədir ki, xalq bunları saf-çürük edib ya qəbul etsin, ya etməsin". Ekspert deyib ki, ermənilər beynəlxalq ictimaiyyətdə yanlış təsəvvürlər yaratmaqda davam edirlər: "Bir tərəfdən sülhə hazırlıqdan danışır, digər tərəfdən isə cəmiyyətdən buna böyük təpkinin olduğunu nümayiş etdirirlər. Çünki bu "sülh" anlayışını ermənilər adi insanların anladıqlarından fərqli təsəvvür edirlər. Onlar üçün sülh Azərbaycanın işğalla barışıb, öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına razı olmasından ibarətdir. Bundan kənarda erməni separatçı təfəkkürü üçün sülh yoxdur. Bəli bu tamamilə düzgün gəlinmiş nəticədir. Ermənilər bundan sonra bir 26 ildə keçsə sülhə gəlməyəcəklər. Gəlsələr də ona əməl etməyəcəklər. Bu erməninin tarixdə min dəfələrlə isbat olunmuş xarakteridir. Ermənistanın işğalçı qoşunu dərhal, qeyd şərtsiz torpaqlarımızdan çıxarılmalıdır. Çıxmırlarsa müharibə yolu ilə kürünüb Gorusdan o yana tullanılmalıdırlar. 4 milyon Qərbi azərbaycanlı Türkü bu gün Ermənistana qayıda bilmirsə, orada özünə muxtariyyət ala bilmirsə, Azərbaycanda da erməniyə heç bir muxtariyyət yoxdur. Əgər ermənilər dinc yaşamaq istəmirlərsə, o zaman gedib onsuz da boşalmış Ermənistanda yaşaya bilərlər. Onlar Azərbaycanda yaşamaq üçün daha üz qoymadılar".
Süleyman