Avropa Parlamenti niyə susur? – Politoloq

"Avropa Parlamenti həbsxanada aclıq aksiyası keçirən erməni siyasi məhbusun ölməsinə səsini çıxarmadı".

Bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Vahid Ermənistan Partiyası sədrinin müavini Mqer Yegiazaryanın aclıq aksiyası keçirməsi nəticəsində həbsxanada vəfat etməsi barədə hansısa Qərb təşkilatından bircə bəyanat da eşitmədik:

"Təsəvvür edin, adam dekabrın əvvəlindən aclıq aksiyası keçirməsinə baxmayaraq, o vəfat edənə qədər, nə bir erməni media qurumu , nə də özünü demokrat sayan "Mənim Addımım" blokunun deputatları məsələni qaldırırmadılar.

2008-ci ildə İrəvanda kütləvi etirazlar zamanı həlak olanlar olanda da Avropa Şurası və Avropa Parlamenti susmuşdu. İndi başa düşürsüz ki, erməni lobbisi oralarda necə oturuşub?".

Qeyd edək ki, Yerevanın Nubaraşrn təcridxanasında saxlanılan Haynews.am saytının rəhbəri və Vahid Ermənistan partiyasının sədr müavini Mqer Yeqiazaryan aclıq aksiyası zamanı ölüb.

Mqer Yeqiazaryan siyasi fəaliyyətinə görə Ermənistan hakimiyyətinin hədəfində olub və həbs edilib. O, ötən il dekabrın 5-də aclıq elan etmişdi.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31