Avropanın “ədalət carçılarından” ədalətsiz yanaşma

Yaxud avropalı siyasilər Ermənistanda baş verənləri niyə görmək istəmir?

Yaxud avropalı siyasilər Ermənistanda baş verənləri niyə görmək istəmir?

Avropanın ədalət, demokratiya carçıları kimi tanınan qoca qitənin əksər siyasi təsisat və institutlarının deyəsən gözləri zəifləyib və qulaqları da ağır eşidir.  Yaxud həmin təsisat və institutlar özlərinə lazım olan şeyləri görür və eşidir, məsləhət bilmədiklərini isə eşitməməzlik və görməməzlikdən gəlirlər. Bunun əyani sübutunu son həftələr ərzində Cənubi Qafqaz regionunda yaşanan proseslər fonunda aydın görmək mümkündür. Bir qədər də dəqiqləşdirsək Avropanın siyasi təsisatlarının Azərbaycan və işğalçı Ermənistana olan münasibətində.  Söhbət azərbaycanlı blogger Mehman Hüseynovun guya aclıq aksiyası keçirməsi barədə uydurulan yalan və həmin yalandan yola çıxaraq Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilən qətnamədən, eləcə də Ermənistandakı həbsxanalardan birincə aclıq aksiyası keçirərək həlak olan, siyasətçi Mqer Yeqiazaryanın ölümünə nümayiş etdirilən səssizlikdən gedir. Əslində isə bunu səssizlik də deyil, simasızlıq, riyakarlıq, ikili standartların ən çirkin forması kimi qələmə vermək lazımdır.

Məlumat üçün qeyd edək ki, Yerevanın Nubaraşrn təcridxanasında saxlanılan Haynews.am sartının rəhbəri və Erməni qartalları: Vahid Ermənistan Partiyasının sədr müavini Mqer Yeqiazarya uzun müddətli aclıq aksiyasından sonar vəfat edib. Mqer Yeqiazaryan siyasi fəaliyyətimə.görə daim hakimiyyətin hədəfində olub və qondarma ittihamlarla həbs edilib. Maraqlıdır ki, ötən il dekabrın 5 də aclıq elan edən erməni syasətçinin həyatı təhlükəsi, nə səbəbdən aclıq aksiyası keçirməsi barədə heç bir Avropa təşkilatı, siyasi institute İrəvandan hesabat tələb etməyib, onun səbəbini araşdımayıb. Halbuki elə bu hadisə baş verən ərəfədə Avropa Parlamenti olmayan aclıq aksiyası ilə bağlı Azərbaycan əleyhinə qətnamə qəbul etmişdi.  İndi isə Ermənistanda baş verən ölüm hadisəsinə heç bir reaksiya verilmir. Məgər Avropa Parlamentinin azadlıq, demokratiya, insane hüquq və azadlıqları anlayışı budur? Yaxud erməni siyasətçi təcridxanada öz kefindən ölüb? Göründüyü kimi avropalı siyasilərə ünvanlanacaq kifayət çətin sual var. Ancaq həmin sualların elə onlar tərəfindən cavablandırıla biləcəyi şübhəlidir. Çünki avropalı parlamentarilərin əksəriyyəti elə erməni maraqlarına xidmət edir.

Elə əksər siyasilər və ekspertlər də bu qənaətdədirlər. Millət vəkili Sahib Alıyev deyir ki, Ermənistanın "Nubaraşen" həbsxanasında saxlanılan Mqer Yeqizaryan 45 gün davam edən aclıq aksiyasından sonra həyatını itirməsinə beynəlxalq aləmdən heç bir reaksiyanın verilməməsi ikili standartların bariz münunəsidir. Onun sözlərinə gör,  Mqer Yeqizaryan Mehman Hüseynovdan əvvəl, yəni ötən il dekabrın 5-dən bu aksiyaya başlamaşdı və ölənədək-düz 45 gün onu davam etdirdi: "Mehman özü artıq aclığı dayandırdığını deyəndə belə bunu görməzliyə vurub rəsmi Bakını kəskin tənqid edən, insan haqları, söz azadlığından dəm vuran qurumlar və şəxslərdən nədənsə səs çıxmır.  Mqer Yeqizaryan ölkəsindəki partiyalardan birinin sədr müaviniydi və üstəlik də jurnalistlik edirdi-"Haynews.am" saytından sorumluydu.  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası, Avropa Şurasının İnsan Haqları Komissarı Dunya Miyatoviç, Avropa Parlamenti, bəlkə xəbəriniz yoxdur, varsa niyə susursunuz?

Millət vəkili Azay Quliyev də öz tvitter hesabında sözügedən məsələyə toxunub. Millət vəkilinin sözlərinə görə, qəribəsi budur ki, beynəlxalq təşkilatlardan heç biri bu dəhşətli hadisəyə reaksiya verməyib: "İnsan hüquqları carçıları yenə Ermənistanı görəndə gözlərini qapayıblar.
ATƏT PA-nın vitse prezidenti Azay Quliyev tviter hesabında bu hadisəyə özünəməxsus tərzdə münasibət bildirib: "Allah eləməsin, əgər bu hadisə Azərbaycanda baş versəydi, yəqin ki, siz AŞPA-nın, Avropa Parlamentinin, ATƏT və digərlərinin necə reaksiya verəcəyini təsəvvür edərdiniz".
Ümid edək ki, heç olmasa Azay Quliyevin bu mesajından sonra beynəlxalq təşkilatlar Ermənistanda baş verən belə bir dəhşətli hadisəni pisləyərək müvafiq qətnamə qəbul edəcəklər.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31