Vaşinqton Paşinyanı sülhə hazırlayır?
25 Yanvar 2019 15:04 SiyasətDağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik fəallıq artan və tərəflər sülhə yaxın olan ərəfədə hər zaman işğalçı Ermənistanda da siyasi gərginlik pik nöqtəyə qədəm qoyur. Nəticə etibarilə işğalçı ölkədə dövlət çevrilişi həyata keçirməklə problemin həllinə növbəti dəfə əngəl yaradılır, onun qarşısı alınır. Necə ki, zamanıda Levon-Ter-Petrosyan, daha sonra Serj Sərkisyan belə bir aqibətlə üzləşib, indi də Nikol Paşinyan oxşar taleni yaşamaqdadır. Söhbət Dağlıq Qarabağ probleminin həllini son mərhələyə qədəm qoyduğu barədə Ermənistanda yayılan fikirlər və Qarabağ klanının buna qarşı sərgilədiyi mövqedən gedir. Necə ki, Nkol Paşinyan hakimiyyəti zəbt etdiyi andan Qarabağ klanına qarşı hücuma keçib onbları zərərsizləşdirməyi düşünürdü və demək olar ki, buna nail oldu, eləcə də hazırda Qarabağ klanı Paşinyana qarşı hücuma keçərək onu təslimçi sülhə getməkdə ittiham edir. Belə bir vəziyyətin yaranması öz növbəsində yenidən Ermənistanda siyasi gərginlik yaratmaqla yanaşı, Üarabağ probleminin həllinə də yeni bir mane yaradır. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də belə düşünür. O, bildirib ki, Ermənistanda Qarabağ müzakirələri pik həddə çatıb. Onmun sözlərinə görə, artıq, Qarabağ klanı siyasi cəhətdən hərəkətlənir, bəyanatlar verməklə məşğuldurlar: "Qeyd edim ki, Sarkisyan -Qarabağ klanı bu məqamı gözləyirdi. Çünki, Qarabağ klanının xalqa bundan savayı deməyə sözü yoxdur. Ermənistan əhalisi 20 ildir ki, Qarabağ klanının bu nağıllarını eşidib, bundan sonra Qarabağ kartından istifadə edən Sarkisyanın bu oyununa dəstək verməyəcəklər".
Politoloq deyib ki, bu gün Ermənistan əhalisini Qarabağ deyil, onları demokratik inkişaf və sosial problemlər maraqlandıır: "Məhz Nikol Paşinyana da Qarabağin "müstəqilliyi" və yaxud digər ərazilər maraqlı deyil. Ona Ermənistanın davamlı inkişafı və qonşularla sülh lazımdır. Bu gün Qarabağ klanı Daşnaksütyun Partiyasını qabağa verərək, Qarabağda toplantı keçirirlər, siyasi cəhətdən təşkilatlanıb, Paşinyana qarşı revanşa hazırlaşırlar. Təbii ki, burada Rusiyanın Daşnaklara və Qarabağ klanına dəstək verməsini istisna etmirəm. Nikol Paşinyan Qarabağda onun əleyhinə baş verənləri yaxından izləyir. O. Xankəndində Qarabağ klanının qalığı olan Saakyan rejimini devirməyi planlayır. Bir neçə aydan sonra Paşinyan onun siyasətinə mane olan Qarabağda rejimi dəyişib, öz adamları ilə əvəz edəcək".
Məhəmməd Əsədullazadə hesab edir ki. Davosda Qarabağla bağlı danışıqlardan sonra Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məslələri üzrə Con Boltonun Paşinyana zəng etməsi, əsasən danışıqların gedişi ilə bağlıdır: "Bolton münaqişənin tezliklə həllini və buna uyğun olaraq dəstək verəcəklərini qeyd edib. Donald Trampın Paşinyana məktubu, Boltonun bundan əvvəl Yerevanda ərazilərin boşladılması ilə bağlı açıqlaması, səfir Mllisin də eyni anoloji mesajından belə qənaət formalşır ki, Vaşinqton hazırda Qarabağ danışıqlarına dəstək verir. Və, Nikol Paşinyanı buna hazırlayır".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bu ərəfədə Rusiyadan 7 rayonun boşaldılması ilə bağlı səslənən fikirlərə münasibət açıqlayılb. O, bildirib ki, rusiyalı politoloq Stanislav Tarasovun "Nikol Paşinyan iyun ayında Dağlıq Qarabağ ətrafındakı bir neçə rayoun azad edəcək" fikrinin tirajlanmasının əleyhinədir: "Tarasov Gəncədə doğulmasına rəğmən, qatı ermənipərəstdir, Moskvada ermənipərəst "Regnum" agentliyinin baş analitikidir. Tarasov Azərbaycan və azərbaycanlılar əleyhinə tonlarla yazı yazıb, ömrü boyu erməni separatçılarına xidmət edib. Sadəcə, Köçəryan-Sərkisyan cütlüyünə və Rusiyadakı erməni lobbisinə işləyən Tarasovun Paşinyandan xoşu gəlmir". Politoloqun sözlərinə görə, Tarasovun "rayonlar boşaldılacaq" fikrini irəli sürməkdə məqsədi Azərbaycanın gücünü ön plana çıxarmaq yox, Paşinyana qarşı ölkə daxilində təzyiqi artırmaqdır: "Tarasov "Qarabağ klanının" vuran əlidir. Ona görə də Tarasov "rayonlar boşaldılacaq" dedikdə Paşinyanın ölkə daxilində mövqelərini zəfilətmək, onu "təslimçi" kimi qələmə verərək "Qarabağ klanının" hücuma keçməsinə şərait yaradır. Yəni Tarasov dezinformasiya yayır. Paşinyanın öz istəyi ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəyi və həvəsi yoxdur. Bunu Paşinyana Azərbaycan ordusu məcbur edə bilər. Bu haqda isə Tarasov bir kəlmə də yazmır".
Füzuli