Daşnaksütyun Saakyanla Xankəndidə görüşdü
25 Yanvar 2019 13:59 SiyasətDaşnaksütyun Partiyasının yeni seçilmiş nümayəndəsi Yakob Ter-Xaçatryan və büro rəhbəri Armen Rüstəmyan Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla görüşüb.
Görüşdə Saakyan Daşnaksütyunun bundan sonra da qondarma rejimə xüsusi diqqət yetirəcəyinə ümid etdiyini deyib.
Qeyd edək ki, bundan öncə Daşnaksütyun Partiyası Qarabağda 16 yanvardan 24 yanvaradək xüsusi iclas keçirib. İclasın sonunda partiyanın əsas ali orqanı olan Büronun tərkibi müəyyənləşib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31