Daşnaklar liderlərini dəyişdilər: Paşinyana Qarabağ tələbi

Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində keçirilən Daşnaksütyun Partiyasının ümumi iclası başa çatıb.

İclas zamanı Daşnaksütyunun ali icraedici orqanı olan Büronun yeni üzvləri seçilib. Daşnakların qərarına əsasən, Büronun yeni rəsmi nümayəndəsi Yakov Ter-Xaçatryan olub. Büronun rəhbəri vəzifəsinə isə Armen Rüstəmyan təyin edilib.

Daşnaksütyun iclasdan sonra bəyanat da yayıb. Bəyanatda Ermənistan və qondarma Qarabağ rejimi arasında təcili olaraq "hərbi-siyasi ittifaq" haqqında razılaşmanın bağlanılması tələb edilib. Bundan başqa, Qarabağdakı separatçı rejimə sosial-iqtisadi, təhlükəsizlik barədə dəstək verilməsi istənilib. Daşnaklar həmçinin İrəvanın Qarabağla bağlı apardığı danışıqlarla əlaqədar iki tələb irəli sürüb: danışıqlarda separatçı rejimin tam təmsil olunması və Ermənistan hökumətinin beynəlxalq platformalarda Qarabağın təhlükəsizliyinin və "müstəqilliyinin" qarantı öhdəliyi ilə çıxış etməsi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31