"Hər bir görüş və dialoq bir addımdır"
“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər bir görüş və dialoq bir addımdır. Ermənistanın yeni baş naziri Nikol Paşinyanın bu sahədə təcrübəsinin az olduğunu nəzərə alaraq, qeyri-rəsmi görüşlər zamanı Azərbaycanın mövqeyinin ona daha aydın şəkildə izah etməyi problemin həlli istiqamətində ümumi hazırlığın bir hissəsi kimi hesab etmək olar”. Bu fikirləri beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
24 Yanvar 2019 15:33 Siyasət"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər bir görüş və dialoq bir addımdır. Ermənistanın yeni baş naziri Nikol Paşinyanın bu sahədə təcrübəsinin az olduğunu nəzərə alaraq, qeyri-rəsmi görüşlər zamanı Azərbaycanın mövqeyinin ona daha aydın şəkildə izah etməyi problemin həlli istiqamətində ümumi hazırlığın bir hissəsi kimi hesab etmək olar". Bu fikirləri beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
O bildirib ki, Ermənistan mövqeyinin detallarına diqqət edib və hazırkı mövqeyindən çəkinməlidir.
Ekspert söyləyib ki, Azərbaycanın yürütdüyü xarici siyasət, iqtisadi inkişaf potensialı dinamikası Paşinyanı düşünməyə məcbur edəcək: "Ona görə də bütün bunların müstəvisində problemin həlli istiqamətində həyata keçirilən görüşlər müsbətdir və davam etdirilməlidir. Düşünürəm ki, bu görüşlər uzun müddətli perspektivdə öz nəticələrini verə bilər".
Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsində dönüş ili olması ilə fikirlərini xatırladan T. Vahabov qeyd edib ki, münaqişənin həlli istiqamətində görüşlərin intensiv şəkildə keçirilməsi də buna dəlalət edir.
SİA