Rus hərbi ekspert Qarabağın həlli vaxtını açıqladı
24 Yanvar 2019 14:32 SiyasətQarabağ kimi konfliktləri həll etmək çətin, praktik olaraq mümkün deyil.
Bunu "Tert.am"a açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Qolts deyib.
"Tərəflərdən hər biri özünü tamamilə haqlı sayır və istənilən kompromisə güzəşt kimi baxır. Cəmiyyətlər kompromisə hazır deyil. Konflikt tərəflərinin liderləri cəmiyyətlərinin təzyiqi altındadır və bütün görüşlər və danışıqlarda bu baxışları təmsil edirlər. Cəmiyyətlər kompromisi güzəşt kimi qəbul etməkdən imtina etdikləri zaman həll baş tutacaq. Məsələn, Balkanlarda problemlər Balkan ölkələri AB-yə üzv olmaq niyyətlərini elan edəndə bitdi. Belə bir variantın Qarabağda istifadə olunma şansı yoxdur. Belə ki, Azərbaycanın Avrasiya İttifaqına üzvlüklə bağlı heç bir təşəbbüsü yoxdur", - deyə o bildirib.