"Prezident Azərbaycanın əməkdaşlığa hazır olduğunu bir daha nümayiş etdirib"
"Davos İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi və ən əsası da iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün ideal platformadır. Bunun əsas səbəbi forumda dövlət başçılarının, müxtəlif ölkələri təmsil edən nüfuzlu şəxslərin, iş adamlarının, şirkət rəhbərlərinin, alimlərin interaktiv dialoqların və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühitin təşkil olunmasıdır”. Bu fikirləri Olaylar.az-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
24 Yanvar 2019 14:05 Siyasət"Davos İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi və ən əsası da iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün ideal platformadır. Bunun əsas səbəbi forumda dövlət başçılarının, müxtəlif ölkələri təmsil edən nüfuzlu şəxslərin, iş adamlarının, şirkət rəhbərlərinin, alimlərin interaktiv dialoqların və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühitin təşkil olunmasıdır". Bu fikirləri Olaylar.az-a açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Azərbaycanın Davos forumunda ən yüksək səviyyədə təmsil olunduğunu deyən baş redaktor söyləyib ki, nümayəndə heyətimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə foruma qatılması ölkəmizin inkişafının əsas göstəricilərindən biridir.
Siyasi ekspert söyləyib ki, Dövlət başçısının Forum çərçivəsində dünyanın ən tanınmış siyasi, iqtisadi elitalarının nümayəndələri ilə görüşlər keçirməsi Azərbaycanın əməkdaşlığa hazır olduğunu nümayiş etdirir: "Davos Forumu çərçivəsində keçirilən bütün görüşlər, bildirilən fikirlər dünyanın siyasi və iqtisadi elitasının dövlətimizə olan marağını ortaya qoyur və bu fakt bir daha son dövrlər ərzində sürətlə inkişaf edən Azərbaycanın planet ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilməsini sübuta yetirir ".
Azərbaycan Prezidenti İlham Əliyevin Davosda bir sıra rəsmi şəxslər və xarici şirkət rəhbərləri görüşünə diqqəti çəkən B. Quliyev qeyd edib ki, Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən yoxsul ölkələrə dəstək proqramına Azərbaycanın donor ölkə kimi qoşulmasının təklif olunması, eləcə də digər rəsmi şəxslərlə görüş zamanı ölkəmizin vaxtilə Dünya Bankından yardım alan ölkədən qısa müddətdə donor ölkəyə çevrilməsi ilə bağlı səslənən fikirlər bir daha göstərdi ki, Azərbaycan dünyada inkişaf etmiş və ciddi bir dövlət kimi qəbul edilməkdədir: " Bundan başqa keçirilən görüşlərdə vurğulanan digər əsas məsələ Azərbaycanda Prezident İlham Əliyev tərəfindən islahatların yüksək qiymətləndirilməsi və islahatların xalq tərəfindən dəstəklənməsi idi. Artıq bütün dünyaya məlumdur ki, Azərbaycanın bütün sahələrdə həyata keçirdiyi islahatlar nəticəsində yüksək inkişafa nail olması ölkə başçısının iradəsi və xalqımızın bu siyasəti dəstəkləməsi nəticəsində mümkün olub. Məhz bu məqamlar dünya dövlətlərini və xarici şirkətlərin ölkəmizə marağının daha da artmasına gətirib çıxarıb".
Ekspert vurğulayıb ki, Forum biznes mühitinin təkmilləşdirilməsi istiqamətində qəbul edilən qərarların qlobal ictimaiyyətə çatdırılmasını həyata keçirməklə yanaşı, investorların ölkələrə cəlb etmək baxımından geniş imkanlara malikdir: "Azərbaycanın öz iqtisadi inkişafını bu mühüm platformada təqdim etməsi, ölkəmizə investisiya cəlbi baxımından mühümdür. Sabitlik adası olan Azərbaycanda investorlar üçün hər bir şərait yaradılıb. Prezident İlham Əliyevin forum çərçivəsində Çinin CGTN (China Global Television Network) televiziya kanalına verdiyi müsahibəsində qeyd etdiyi kimi ölkəmizdə əsas məsələ ilkin olaraq müasir infrastrukturun yaradılması idi ki, artıq bu sahədə böyük inkişafa nail olmuşuq. Mövcud infrastruktur investor, biznes dairələri üçün rahat işləmək imkanı yaradır və bundan ən əsas da vətəndaşlarımız yararlanır. Azərbaycanın qarşıya qoyduğu əsas məqsəd neft və qazdan əldə etdiklərini başqa sahələrə yönəldərək neftdən asılılığını azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirməkdir. Yaradılan şərait Davosda da da investorları ölkəmizə cəlb etməklə bağlı hədəflərimizə nail olmağa imkan yaradacaq".
Ay An