İstanbulda Azərbaycan Respublikasının 98-ci il dönümü qeyd edilib
26 May 2016 12:20 SiyasətMayın 25-də İstanbulda siyasət və elm iş adamları və mədəniyyət xadimlərinin iştirakı ilə Azərbaycan Cümhuriyyətinin qurulmasının 98-ci il dönümü qeyd edilib. Mərasim Azərbaycan və Türkiyənin milli himnlərinin ifası ilə başlanıb. Azərbaycanın İstanbul Baş Konsulu Məsim Hacıyev açılış çıxışı edərək mərasim iştirakçılarını salamlayıb. Çıxış edənlər Azərbaycan Cümhuriyyətinin türk və müsəlman aləminin tarixindəki müstəsna yerindən danışaraq cümhuriyyətin Şərq aləmində xüsusi iz buraxdığını qeyd ediblər. Mərasim möhtəşəm konsert proqramı ilə başa çatıb. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31