Elmar Məmmədyarov: "Cənub Qaz Dəhlizi" Avropaya qaz tədarükünün şaxələndirilməsində əhəmiyyətli rol oynayacaq
26 May 2016 11:57 SiyasətAzərbaycan Avropaya qaz tədarükünün şaxələndirilməsində əhəmiyyətli rol oynayacaq "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasına sadiqdir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "The Business Year" jurnalına müsahibəsində deyib. Onun sözlərinə görə, TANAP və TAP kimi iki vacib layihə hazırda "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində reallaşdırılır, layihənin gələcəkdə Avropanın qaza olan 20 faizədək tələbatını təmin etmək potensialına malikdir. XİN rəhbəri qeyd edib ki, Azərbaycan hazırda bu layihə üçün yeganə qaz mənbəyidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31