"Xədicə İsmayılın azad edilməsi hökumətin insan haqlarına hörmətlə yanaşmasıdır" - BMT

Həbsdə olan jurnalist Xədicə İsmayılın azadlığa buraxılması Azərbaycan hökumətinin insan hüquqlarına hörmətlə yanaşmasıdır".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan BMT- nin İşçi Qrupunun baş məruzəçisi Setonci Roland Adjovi deyib.

O, qeyd edib ki, bu müsbət haldır: "Jurnalist azadlığa buraxıldı və fəaliyyətini davam etdirəcək. Amma biz hələ ki məhkəmənin qərarı ilə tanış deyilik. Qərarla tanış olandan sonra bu barədə müzakirələr aparacağıq və bunu hesabatda qeyd edəcəyik".(azvision.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31