ATƏT PA Xədicə İsmayılın azadlığa çıxmasını alqışlayıb
25 May 2016 23:24 SiyasətATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin və ATƏT Parlament Assambleyasının Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İzabel Santos Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayırlar.
Gün.Az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilir.
Bəyanatda bunun müsbət addım olduğu vurğulanıb.
Qeyd edək ki, X.İsmayılBakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ali Məhkəmənin qərarı ilə bu gün o, şərti cəza ilə azadlığa çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31