Əfqanıstan Prezidentinin müşaviri Azərbaycana gələcək
25 May 2016 17:50 SiyasətƏfqanıstan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hənif Atmar gələn həftə Azərbaycana səfər edəcək. Bunu Əfqanıstanın Bakıdakı səfirliyindən deyiblər. Səfər zamanı H.Atmar bir sıra yüksək səviyyəli görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq. Səfər Azərbaycan tərəfinin dəvəti ilə baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31