İlham Əliyev Avstriyanın yeni Prezidentini təbrik edib
25 May 2016 16:50 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Avstriyanın yeni seçilmiş Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli cənab Van der Bellen, Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Avstriya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Avstriya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31