Vitse-spiker: “İstəməzdim ki, Almaniya Bundestaqında qondarma bir məsələ müzakirəyə çıxarılsın”

"Almaniya Bundestaqında qondarma erməni soyqırımı ilə bağlı müzakirələrin aparılmasından təəssüf hissi keçirtmək lazımdır. Çünki dünyanın bir sıra aparıcı ölkələrinin parlamentlərində heç bir tarixi faktlara söykənməyən, sübut olunmamış, barəsində istintaq aparılmayan, hökm çıxarlımayan məsələlər müzakirə edilir. Bunlar yalnız düşüncələrin və illuzziyaların, yalanların, iftiraların üzərində qurulmuş əsassız iddilardır". Bunu Milli Məclis sədrinin müavini, parlamentin İnsan Hüquqları komitəsinin sədri Bahar Muradova jurnalistlərin suallarını cavblandırarkən söyləyib. Komitə sədri bildirib ki, bəzən bu cür məsələlər ətrafında parlamentlərdə müzakirələr aparılaraq sənədlər də qəbul edilir: "Təəssüf ki, ayrı-yarı ölkələrdə regionlarda tarixən baş vermiş hadisələrə bu günün siyasi reallıqları baxımından qiymət verirlər. İstəməzdim ki, Almaniya Bundestaqında bu cür qondarma bir məsələ müzakirəyə çıxarılsın. Hansısa məsələni Bundestaqa çıxarmaq deputatın hüququ olsa belə digər deputatların da buna tənqidi münasibət bəsləmək hüquqları da var". Bahar Muradova söyləyib ki, bu məsələdə alman deputatlarının tənqidi və ermənilərin əleyhinə yanaşmasının olmasını da gözləyirlər: "Ümid edirik ki, Almaniya Bundestaqında məsələ ilə bağlı tənqidi yanaşmalar olacaq və müzakirələrin əleyhinə fikirlər də səsləndiriləcək". Vitse-spiker Almaniya Bundestaqındakı məsələnin Azərbaycan parlamentində müzakirə olunacağını söyləyib: "Azərbaycan parlament rəhbərliyinin və üzvlərinin bu məsələ ilə bağlı Almaniya Bundestaqına hansısa etiraz sənədi göndərəcəyi haqqında dəqiq nəsə deyə bilmərəm. Çünki bununla bağlı konkret olaraq hansısa məsələ müzakirə olunmayıb. Hər hald bizim deputatların bu məsələ ilə bağlı fikirləri birmənalı olacaq. Belə məsələlərdə bizim millət vəkilləri heç vaxt biganə qalmırlar. Ayrı-ayrılıqda deputatların fikirlərinin olacağını bilirəm. Ayrıca hansısa sənədin qəbul olunması ilə bağlı isə kollegial müzakirəyə ehtiyac var.İndi isə qəti fikri söyləmək mümnü deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31