Millət vəkili Afrika İttifaqının xüsusi elçisi ilə görüşüb

Milli Məclisin deputatı Qənirə Paşayeva Afrika İttifaqının Qadın, sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi elçisi Bineta Diopla Qarabağdan danışıb. "Olaylar" xəbər verir ki, Qənirə Paşayeva Afrika İttifaqının Qadın, sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi elçisi Bineta Diopla müzakirələr aparıb. Q.Paşayeva görüş zamanı Azərbaycanda multukulturalizm, qadınların cəmiyyətdə rolu,öz evinə dönə bilməyən köçkün qadınlarımızdan da danışıb və dünyanın hər yerində fəal qadınların onlara dəstəyinin daha da artmasının önəmindən bəhs edib. Görüş zamanı deputat Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi faktı barədə ətraflı məlumatlar verib.O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Q.Paşayeva Afrika İttifaqının Qadın, sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi elçisi Bineta Diopa Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən "Azərbaycan Həqiqətləri" filmləri kataloqunu və materialları təqdim edib. Deputat Afrika İttifaqının Qadın, sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi elçisi Bineta Diopu hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onu Azərbaycana dəvət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31