BMT baş katibinin Cənubi Qafqaza səfərinin təxirə salınması ilə bağlı məlumat yayılıb

BMT baş katibi Pan Gi Munun aprelin sonunda Cənubi Qafqaz regionuna planlaşdırılan səfəri təxirə salınıb. APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin ictimaiyyətlə informasiya idarəsinin rəhbəri Armin Halacyan baş katibin mətbuat katibi Stefan Dyujarrikə istinadən bildirib. "Dyujarrik dedi ki, baş katib regiona səfər etməyi çox istəyirdi, lakin təcili səbəblər üzündən bu günlərdə başqa yerdə olmalıdır. Cənubi Qafqaz respublikalarına səfərin vaxtı yenidən nəzərdən keçiriləcək", - deyə o vurğulayıb.

Qeyd edək ki, BMT baş katibinin Bakıda Sivilizasiyalar Alyansının 7-ci qlobal forumunda iştirakı planlaşdırılırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31