Ermənistan uduzmaqda davam edəcək

Bu günlərdə sosial şəbəkələrdə Ermənistan prezidenti Serj Sarqsyanın Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərzilərinə qanunsuz səfəri və səfər çərçivəsində bir neçə Ermənistan əsgərinin təltif etməsi barədə məlumat və şəkillər yayılıb. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkili Aydın Mirzəzadə bildirib ki, şəkillərlə tanışlıq iki məsələdə qətiyyət yaradır: "Birincisi, Sarqsyanın təltif etdiyi əsgərlərin heç biri fiziki göstəricilərinə görə orduya çağrıla bilməz. Alcaq boylu və arıq gənclərin Ermənistan ordusuna çağrılması düşmən ölkənin ciddi canlı qüvvə çatışmamazlığı yaşadığı və məcburiyyətdən artıq xəstə və fiziki cəhətcə problemli gəncləri hərbiyə çağırdığını göstəirir. İkincisi isə, bu zəif gənclərin qəhrəmanlıq göstərməsi inandırıcı görünmür, çünki, onların ağır çəkili silahları daşıması və istifadə etməsi mükün deyildir. Bu tamaşanı qurmaqda məqsəd isə hərbi çağırışdan canını qurtarmaq istəyən sağlam erməni gənclərini həvəsləndirmək və hardasa utandırmaqdır. Heç kəsə sirr deyil ki, Ermənistanda gənclər nəinki Dalıq Qarabağda hərbi qulluqdan, hətta hərbi xidmətdən yayınmaq üçün bütün üsullardan istifadə edirlər.Və sonda . Üçüncüsü isə, Ermənistan təbliğat maşının nə üsuldan istifadə etməsindən asılı olmayaraq Ermənistan uduzmaqda davam edəcək, Azərbaycan qəti şəkildə öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir və son hadisələr ölkəmizin bu məsələdə ciddi hazırlığını göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31