Gürcüstandakı Ermənistan səfirliyi qarşısında aksiya keçiriləcək

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Gürcüstan nümayəndəliyinin təşkilatçılığı ilə aprelin 23-də Ermənistanın Tiflisdəki səfirliyi qarşısında dinc etiraz aksiyası keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"-a BDM-in sədr müavini Samir Adıgözəlli verib. Bildirib ki, aksiyanın keçirilməsində məqsəd 24 aprel yalançı "erməni soyqırımı"-na etiraz, eyni zamanda Ermənistanın Azərbaycana qarşı işğalçılıq əməllərinə qarşı şüarlar səsləndirərək dünya ictimaiyyətinin diqqətini bir daha Azərbaycanın haqq səsi olan Qarabağ məsələsinə yönəltməkdir: "Nəzərdə tutulmuş aksiyada Azərbaycandan BDM nümayəndə heyətinin rəhbərliyi, Türkiyə Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) rəhbərliyi, diaspor fəalları və Gürcüstanda yaşayan soydaşlarımızın bir qrupu da iştirak edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31