AŞPA-da ermənilər Azərbaycan əleyhinə hansı vasitədən istifadə edir?

"AŞPA-da ermənilərin Azərbaycan əleyhinə ən çox istifadə etdikləri sosial şəbəkələrdə yayıldığı iddia olunan şəkildir. Orada guya Azərbaycan əsgəri tərəfindən erməninin başının kəsilməsi faktı yer alıb". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Mustafa səsləndirib. Bildirib ki, bunlar erməni yalanlarının yeni bir variantıdır və bu cür vəhşi əməllərin müəllifinin Xocalıdan da xatırladığımız kimi, rus-erməni hərbçilərinin olduğunu hər kəs bilir: "Bununla belə, ermənilərin iddia etdiyi şəkilləri yayanlar arasında bizim ağlı məhdud səviyyədə çalışan bir sıra azərbaycanlılar olduğu da bir gerçəkdir. Bu hay-küyçü vətənpərvərlik gördüyünüz kimi, əksər hallarda xeyirdən çox ziyan vurur. Belə məsələrdə hisslərlə deyil, ağılla, dövlətin maraqlarını düşünərək addım atmaq daha sağlam davranış olardı. Digər tərəfdən ermənilər 24 apreli qondarma soyqırım günü kimi həm Ermənistanda, həm də dünya ölkələrində qeyd etməyə başlayıblar. Elə AŞPA-da da boş durmurlar, büroşürlar paylayırlar, hazırladıqları sənədlərə imza atdırırlar. Fikrimcə məhz 24 aprel günü Azərbaycan ordusunun döyüş bölgəsində hərbi təlimlər keçirməsi yerində bir qərar olardı. 24 aprelə cavabımızı bu şəkildə verməmiz anlamlı sayıla bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31