Deputatımız Soçiyə gedib
20 Aprel 2016 12:39 SiyasətMilli Məclisin deputatı Rasim Musabəyov "Vətəndaş cəmiyyəti və ictimai diplomatiyanın Şanxay Əməkdaşlıq Təşkilatlının genişlənməsində və inkişafında rolu" mövzusunda Beynəlxalq Forumda iştirak etmək üçün Rusiyaya səfər edib. Milli Məclisdən verilən məlumata görə, Rusiya Federasiyasının Soçi şəhərində baş tutacaq tədbirdə millət vəkili toplantıda müzakirə olunacaq məsələlərə öz münasibətini bildirəcək. Səfər aprelin 21-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31