Ermənistanın pilotsuz uçuş aparatı ələ keçirilib
20 Aprel 2016 11:51 SiyasətCəbhə bölgəsində erməni təxribatı davam edir. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan Silahlı Qüvvələrinə məxsus kvadrokopter tipli "DJI PHANTOM" pilotsuz uçuş aparatı cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib. "DJI PHANTOM" pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31