Ermənistanda hakimiyyətdaxili gərginlik artıb

Keçmiş Qarabağ döyüşçüləri hakimiyyəti devirə bilərlər

"Ermənistan bizi millət və dövlət kimi qəbul etmir. Belə bir qrqument gətirilr ki, guya biz tütklərin əlavəsiyik. Lakin dörd günlük aprel müharibəsi göstərdi ki, Azərbaycan nəinki iqtisadi, siyasi, hətta hərbi baxımdan inkişaf etmiş bir ölkədir". Bunu aprelin 19-da keçirdiyi "Qarabağ saatı"nda deyən Siyasi İnnovasiya və Texnologiyalar Mərkzinin direktoru Mübariz Əhmədoğlunun sözlərinə görə, ermənilərin təxribatına layiqli cavab verən rəşadətli Azərbaycan ordusu millətimiz və dövlətimiz barədə yaranmış mənfi fikirləri darmadağın etdi. Nəticədə Ermənistan Azərbaycan dövləti barədə adi bir bəyənat da səsləndirə bilmədi. Çünki, ermənilər gördülər ki, Azərbaycanda səfərbərlik elan olunmadan, təkcə ordunun gücü ilə itirilmiş torpaqlarımızı azad etmək gücündədir: "Azərbaycan özünün təkbaşına siyasətinin və hərbi quruculuğunun hesabına qalib gəldi. Türkiyə, İran, Gürcüstan yalnız neytral qaldılar. Beynəlxalq aləmdə müstəqil siyasət aparmağı bacaran, iri iqtisadi layihələr reallaşdıra bilən imici qazanmış Azərbaycan həm də hərbi qələbəni reallaşdırmağı bacaran imicin bünövrəsini qoydu. Azərbaycan ordusu heç bir səfərbərlik elan etmədən bu qələbəni qazandı. Bu ordunun özünə inamının göstəricisidir. Eləcə də Azərbaycan ordusu heç bir xarici dövlətdən kömək istəmədi. Hərbi əməliyyat Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə hərbi əlaqələri ən az intensivli dövründə reallaşdırıldı.Təbii ki, bu müharibədə itgilərimiz var. Ancaq şəhidlərimiz bizim gələcəyimizi təmin etdilər, Azərbaycanın regionda yerinin müəyyən olunmasında mənbə rolunu oynadılar". O, əlavə edib ki, aprel əməliyyatları Ermənistanın özü barəsində formalaşdırmağa çalışdığı mifləri dağıdıb və işğalçı ölkənin məğlubiyyəti qaçılmazdır: "Ermənistanın hərbi imicinin dağılması prosesi başladı. İndiki şəraitdə bu çox vacibdir. Ermənilər müstəqil dövlət qura bilməyib, ermənilər iqtisadi bacarıqlarının olmadığını nümayiş etdirdilər. Hal-hazırda bu dövlətin 7 milyard dollar ətrafında borcu var. Əmək qabiliyyətli əhali ölkəni tərk edir. Belə vəziyyətdə sübut olundu ki, ermənilər döyüşməyi də bacarmırlar. Özünü öyən erməni hərbçilərinin atdığı toplardan üçü hətta İranın ərazisinə düşmüşdü. Azərbaycan hərbi-coğrafi mövqeyini xeyli yaxşılaşdırdı. Əldə olunan ərazilər və yüksəkliklər Ermənistan üçün daha ciddi məğlubiyyətləri qaçılmaz edib". M.Əhmədoğlunun fikirncə, bu il aprelin ilk günlərində cəbhədə həyata keçirilmiş hərbi əməliyyatlar Dağlıq Qarabağ münaqişəsinin həllində güc variantını legitimləşdirib: "Müharibə variantı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə metodu kimi legitimləşdi. Ermənistan belə vəziyyətə zərrə qədər hazır deyildi. Prezident S.Sərkisyanın atdığı addımlar göstərir ki, Ermənistanın əlavə heç bir maliyyə, siyasi və hərbi resursu yoxdur". Politoloq bildirib ki, aprel müharibəsi bir sıra əhəmiyyətli məsələləri üzə çıxartdı. Təbii ki, bu qələbənin hərbi və siyasi əhəmiyyəti var: "Ən böyük siyasi əhəmiyyət ondan ibarətdir ki, artıq qələbədən sonra Ermənistanda panik vəziyyət yaranıb. Bu ölkədə siyasi idarəetmə baxımından gərginlik yaranıb. Bu səbəbdən də bir-birinə zidd olan bəyənatlar səsləndirilər. Məsələn, Ermənistan 3 apreldə elan etdi ki, Azərbaycan əvvəlki mövqeyinə qayıtdığı halda atəşkəs elan edə bilərlər. Cəmi bir gün sonra bildirdilər ki, Azərbaycan Dağlıq Qarabağın erməni icması ilə danışıqlara getməlidir. Ancaq bi hiylələrin heç biri keçmədi. Bu döyüşlər bir daha sübut etdi ki, Dağlıq Qarabağ münaqişəsinin iki tərəfi var-Ermənistan və Azərbaycan". Politoloq qeyd edib ki, müharibə hələ bitməyib, növbəti müharibə qarşıdadır. Bunu isə bir sıra səbələr labüd edir: "Hazırda Ermənistanda vahid komandanlıq yoxdur. Bir tərəfdə özü artist, komandası vəhşi olan Sərkisyan dəstəsi, digər tərəfdə isə birinci Qarabağ döyüşçülərindən ibarət komanda var. Keçmiş döyüşçülər vəhşi olsalar da artistliyi bacarmırlar. Ona görə də rəsmi İrəvanın verdiyi döyüş tapşırıqlarını yerinə yetirmirlər. Yaranmış vəziyyət birbaşa ikitirəliyin təxahürüdür. Əgər bu uku dəstə arasında münasibət bu səviyyədə davam etsə, şübhəsiz ki, köhnə döyüşçülər Qarabağda hakimiyyəti devirəcəklər". Onun sözlərinə görə, məhz bu problemdən yayınmaq məqsədilə Ermənistan hər cür danışıqlardan qaçır: "Məsələn, xarici işlər naziri Halbanyan bəyan edir ki, ATƏT-in Minsk qrupu regiona gələndə prezidentlərin dialoq məsələsi barədə razılaşma olmayıb. Buna baxmayaraq yaxın vaxtlarda Ermənistanda hakimiyyətdaxili mübarizə güclənəcək. Aparıcı qüvvə kimi keçmiş Qarabağ döyüşçüləri çıxış edəcəklər. Üstəlik, Ermənistan hakimiyyəti xalqı uzun müddət aldada bilməyəcək. Ona görə də məcburdur ki, müharibəyə getsin". M.Əhmədoğlu bildirib ki, hazırda Ermənistan hərbi əməliyyata hazırlaşır. Dörd günlük müharibədən sonra Ermənistanın davranışında iki istiqamət diqqəti çəkir: "Ermənistan hərbi aktivliyə yeni stimul verib. Orada Rusiyadan alınması nəzərdə tutulan silahların Ermənistana gətirilməsi prosesini sürətləndirməklə bağlı qərar qəbul edildi. Eyni zamanda, Dağlıq Qarabağa çoxlu sayda keçmiş döyüşçülər göndərilir. Ermənistanın daxilində olan bəzi hərbi qüvvələr də artıq Dağlıq Qarabağın ərazisinə gətirilib. Ermənistan polisinin, yəni Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri də artıq Dağlıq Qarabağda yerləşdirilib. Belə vəziyyətdə Ermənistanın hərbi proseslərə üstünlük verməsi Ermənistanın davranışını xarakterizə edən ən əsas elementdir. Ermənistan bütün mümkün imkanlardan istifadə edərək bir qarış da olsa torpaq geri almaq istəyir ki, xalqı sakitləşdirə bilsin. Ona görə də bütün danışıqlardan imtina edir. Müxtəlif bəhanələrlə danışıqlara yox deyir. İndi də Kazan sənədini ortaya atıblar. Hansı ki, masa üzərində belə bir sənəd yoxdur. Yenilənmiş Madrid prinsiplərini isə arxa plana keçiriblər. Dinc danışıqlara münasibətdə Ermənistan aşkar şəkildə yalanlar danışır. Heç kəsə sirr deyil ki, danışıqlar prosesi qəbul edilmiş Madrid prinsiplərinin yenilənmiş variantı üzrə aparılır. Bu variantdan başqa bir variant həmsədrlərin dilindən heç vaxt hallanmayıb. E.Nalbandyan Ermənistanın İctimai televiziyasına müsahibə verərkən danışıqların Kazan sənədi ətrafında getdiyini açıqladı və arqument kimi göstərdi ki, Kazan görüşünün sənədləri Vyanada arxivə verilməyib. Ona görə, danışıqlar stolun üstündə qalan yeganə sənəd Kazan sənədidir. Əgər E.Nalbandyan düz deyirsə, bu, həmsədrlərin dinc tənzimləməni inkar etməkdə yardımının daha bir faktı kimi qəbul edilməlidir. Kazan görüşünün sənədini ATƏT-in Minsk qrupunun həmsədrləri tamamlayıb arxivə verməli idi. ATƏT MQ həmsədrləri bu işi etməyiblər. Kazan görüşünün əsas mahiyyəti iki Madrid sənədinin arasında ortaq məxrəcin tapılması idi". M.Əhmədoğlu aprel əməliyyatları zamanı və ondan sonra region dövlətlərinin davranışına da toxunub: "Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi əməliyyatların aktiv dövründə İranın mövqeyi xüsusi diqqət çəkir. Erməni ekspertlər Dağlıq Qarabağ məsələsində İranın rəsmi mövqeyinə inanmırdılar. Onların fikrincə, İran ritorikada Azərbaycanın, reallıqda isə Ermənistanın mövqeyini dəstkləyir. Fakt və arqumentlər İranın həmin dövrdəki fəaliyyətini nümayiş etdirir. Yəni, İran prezidentinin siyasi işlər üzrə müavini Həmid Əbutalibi sülhə çağırış etdi və Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında tənzimlənməsi məsələsini aktuallaşdırdı". SİTM direktoru Qərb quruluşlarının, xüsusilə də, Avropa İttifaqının (Aİ) Ermənistanda separatçılığı gücləndirdiyini bildirib: "Aİ-nin qrantları Ermənistanda separatçılığı gücləndiririb. Aİ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində sülhməramlı mühitin yaradılmasına, dialoq rejiminin qurulmasına xidmət edən çoxlu qrant layihələrini maliyyələşdirib.Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında humanitar əlaqələrin işlək vəziyyətə düşməsi adı ilə hər iki tərəfdən bir qrup QHT təmsilçilərinin iştirakı ilə çoxsaylı tədbirlər keçirirdi. Bu tədbirlərin əksəriyyətində Aİ rəsmiləri aşkar və ya gizli yolla Dağlıq Qarabağ ermənilərinin iştirakına da şərait yaradırdılar. Bununla da Aİ təmsilçiləri Azərbaycan QHT-lərini inandırırdı ki, Dağlıq Qarabağ erməniləri Azərbaycana yaxınlaşır. Amma dörd günlük müharibə Azərbaycanda və Ermənistanda Aİ layihələrində iştirak edən QHT təmsilçilərinin iç üzünü açdı. Azərbaycan hüquq-müdafiəçiləri müharibədən əvvəl nə fikirdə idisə, müharibədən sonra da həmin fikirdə qaldılar. Amma erməni sülh carçıları müharibə quzğunlarına çevrildilər. Ermənistanın məqsədi ümumilikdə Cənubi Qafqazın və onun ən əsas dövləti olan Azərbaycanın inkişafını tormozlamaq. Ermənistan Azərbaycanın əleyhinə iri dövlətlərin əlində alət olduğunu bilə-bilə həmin sülh carçıları Ermənistanın alət olma istiqamətindəki fəaliyyətlərini ortalığa qoydular. İndi bir tövsiyəmiz var. Aİ-nin qurumları bu vaxta qədər Ermənistana Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə xidmət edən qrant layihələrinin monitorinqini aparsınlar. Hər halda avropalılar başa düşəcəklər ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə qarşı hörmətsizlik nümayiş etdiriblər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31