Lebedev: “Cənubi Qafqazda sülh və rifahın olmasını ürəkdən istəyirik”
19 Aprel 2016 14:24 Siyasət"MDB ölkələri Dağlıq Qarabağda münaqişənin sülh yolu ilə tənzimlənməsinə və regionda hərbi əməliyyatların bərpasının qarşısını almağa tərəfdardır". APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu MDB İcraiyyə Komitəsinin sədri Serqey Lebedev deyib. O bildirib ki, Dağlıq Qarabağda vəziyyət, Ermənistan-Azərbaycan münasibətləri birliyin bütün üzv dövlətlərini narahat edir. S. Lebedev qeyd edib ki, MDB Dağlıq Qarabağ regionunda gərginliyin aradan qaldırılması və iki qonşu dövlət - Ermənistan və Azərbaycan arasında kompromisin əldə olunacağına ümid edir: "Ümidvarıq ki, bu istəklər nəzərə alınacaq, MDB və Minsk Qrupu ölkələrinin kollektiv səyləri pozitiv həllə gətirib çıxaracaq. Cənubi Qafqazda sülh və rifahın olmasını ürəkdən istəyirik"..