İtaliya səfiri: “Hər iki tərəf ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar masasına qayıtmalıdır”

"Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfi ATƏT-in Minsk qrupunun rəhbərliyi ilə danışıqlar masasına qayıtmaq üçün bütün mümkün vasitələrdən istifadə etməlidir". APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bunu İtaliyanın Ermənistandakı səfiri Covanni Riçuli bildirib. Diplomat təmas xəttində ciddi eskalasiya baş verdiyini qeyd edib. "İnanırıq ki, hər iki tərəf ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar masasına qayıtmalıdır", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31