Putin Türkiyə-Suriya sərhəddinin bağlanmasını təklif edir
Obama və Putin son hadisələri müzakirə etdilər
19 Aprel 2016 07:44 SiyasətRusiya prezidenti Vladimir Putin İlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Barak Obama arasında telefon danışığı olub. ANS PRESS-in məlumatına görə, tərəflər başda Suriya problemi olmaqla bir çox məsələdə fikir mübadiləsi ediblər.
Telefon danışığı vaxtı hər iki lider Rusiya ilə ABŞ-ın təşəbbüsü ilə əldə olunan atəşkəs razılaşmasının davam etməsinə, ehtiyac olan bölgələrə humanitar yardım göndərilməsinə qərar veriblər. Bu barədə məlumatı yayan Kremlin rəsmi internet saytı bildirib ki, Putin, terrorçuların və silah qaçaqmalçılarının istifadə etdiyi Türkiyə-Suriya sərhəddinin bağlanmasını təklif edib.Liderlər həmçinin Rusiya ilə ABŞ-ın Suriya məsələsindəki həm xüsusi xidmət, həm də müdafiə fəaliyyətlərindəki əməkdaşlığının gücləndirilməsi üçün razılığa gəliblər. Bu məqsədlə atəşkəs rejiminin pozulması halları qarşısında operativ reaksiyalar göstərilməsi üçün əlavə tədbirlərin görüləcəyi bildirilib.
Tərəflər Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarətində keçirilən Suriya müzakirələrinin əhəmiyyətini vurğulayıblar.
Suriyada olan ABŞ vətəndaşlarının azadlığa buraxılması üçün göstərdiyi yardımlara görə Obama Putinə öz təşəkkürünü bildirib.