ADP İslam Birliyini arzu layır

Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin nvbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, iclasda ölkədə və regional aləmdə baş verən proseslər müzakirə edilib. Postsovet məkanında baş verən münaqişələrin, etnik, dini çarpışmaların əsas kökünün Rusiyadan qaynaqlandığına, Qarabağ münaqişəsinin məhz Rusiyanın əli ilə törədildiyinə diqqət çəkilib və hazırki şəraitdə Dağlıq Qarabağ probleminin həllininin, Azərbaycanın suverenliyinin, müstəqilliyiyinin qorunmasının Türkiyə, Amerika və Avropa dövlətləri ilə strateji müttəfiqlikdən keçdiyi bildirilib. İdarə Heyəti Dağlıq Qarabağ ətrafına daxil olan bir neçə rayonun qaytarılması şərti ilə Azərbaycanı status-kvonu saxlamağa səsləyən, rus qoşunlarını sülhməramlı qüvvə adı altında Dağlıq Qarabağ ərazisində yerləşməyə dəvət edən çağrışlardan narahat olduğunu bildirib. Idarə Heyəti İstambulda baş tutan İƏT-nın zirvə toplantısının nəticələrini və bu sammitdə  islam ölkələrinin birliyinə xidmət edən müzakirələri təqdir edib. Qeyd edilib ki, ADP-nin hələ bir necə il bundan əvvəl BMT Təhlükəsizlik Şurasında müsəlman ölkələrindən birinə veto hüququnun verilməsi ilə bağlı irəli sürdüyü ideyanın bu sammitdə yenidən gündəmə gəlməsini, vahid islam ordusunun yaradılmasını, islam birliyinə nail olunması, islam ölkələri daxilində təfriqələr və məzhəb davalarının aradan qaldırılması, həmrəyliyin əldə edilməsi üçün məzhəb və təriqətlərdən imtina edilməsi haqqında səslənən fikirləri alqışlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31