Davudoğludan İslam aləminə Qarabağ çağırışı

"Birlikdə azad etməliyik!"

"İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı dəstəkləməlidir". Turkustan.info Azvision.az-a istinadən xəbərinə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Zirvə toplantısında çıxışı zamanı deyib. "İslam dünyası ölkələrinin parçalanması təşəbbüslərinə qarşı, beynəlxalq hüquq normalarına uyğun olaraq bütün müsəlman ölkələrinin ərazi bütövlüyünün qorunması məsələsində ortaq mübarizə aparmalıyıq. Başda Fələstin olmaqla işağl altında olan bütün islam torpaqlarının azad edilməsi məsələsində birgə fəaliyyət göstərməliyik.  Dünyada müsəlman toplumlarının yaşadığı, zamanla bu və ya digər şəkildə islam kimliyinin silinməyə çalışıldığı torpaqların işğaldan azad edilməsi üçün ortaq mövqe nümayiş etdirməliyik". Davudoğlu çıxışı zamanı diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldib: "Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin işğaldan azad edilməsində vahid mövqedən çıxış etməli, problemin həllində Azərbaycana dəstək verməliyik". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31