"Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək
18 Aprel 2016 13:46 SiyasətGələn ay Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. APA-nın məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin toplantısından öncə mətbuata açıqlamasında deyib. O bildirib ki, Lüksemburq görüşündə həmin toplantıya hazırlıq müzakirə olunacaq. Xatırladaq ki, Aİ xarici işlər nazirlərinin Lüksemburq görüşü bu gün və sabah keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31