Erməni siyasətçi: "Rusiya Ermənistanın dövlət maraqlarını tapdalayır"

Ermənistan Avrasiya İqtisadi Birliyində üzvlüyünü rəsmən dayandırmaq prosesinə başlamalıdır. Trend bildirir ki, bunu "Azad demokratlar" partiyasının sədri Xaçatur Kokobelyan deyib. X.Kokobelyan bir neçə gün öncə Ermənistan Milli Yığıncağına "Ermənistanın Avrasiya İqtisadi Birliyində üzvlüyünün dayandırılması proseduruna başlanılması haqqında" qanun layihəsini təqdim etmişdi. Onun sözlərinə görə, qısa müddət ərzində, hətta Milli Statistika Xidmətinin məlumatına əsasən, Ermənistanın idxal və ixracı xeyli azalıb: "Avrasiya İqtisadi Birliyində üzvlük həm iqtisadi, həm də təhlükəsizlik məsələləri baxımından Ermənistanın milli maraqlarına uyğun deyil. X.Kokobelyan qeyd edib ki, Ermənistan Moskvada Avrasiya İqtisadi Birliyinin iclasında bu strukturdan çıxmasını bəyan etməli idi: "Çünki Rusiya indiyədək hər gün, hər saat Ermənistanın dövlət maraqlarını tapdalayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31