Ermənilərin “qailb əsgər” mifi sabun köpüyü kimi dağıldı
Azərbaycan ərazi bütövlüyünü bərpa etmək iradəsini bütün dünyaya göstərdi
18 Aprel 2016 12:40 SiyasətAzərbaycan ordusunun aprel qələbəsi hələ də erməniləri qorxu altında saxlayır. Baxmayaraq ki, ermənilər uzun müddət öz orduları barədə "qalib əsgər" imici formalaşdırmışdılar, lakin baş verənlər göstərdi ki, düşmən tərəfin iddiası sabın köpüyündən başqa bir şey deyilmiş. Lakin Azərbaycan ordusunun hazırlığı, ölkə iqtisadiyyatının inkişafı, diplomatik gedişlər, balanslaşdırılmış xarici siyasət nəhayət ki, öz sözünü dedi. Milli Məclisin deputatı Adil Əliyev qeyd edib ki, cəbhə xəttində baş verən məlum hadisələr, erməni işğalçılarının və Dağlıq Qarabağ separatçılarının işğal olunmuş ərazilərimizdən yaşayış məntəqələrimizi, sosial, təhsil obyektlərini, mülki vətəndaşlarımızı hədəfə almaları onlara baha başa gəlir. Şanlı Azərbaycan Ordusunun qəhrəman əsgərləri nəninki işğalçı dövlətin əsgərlərinə, eləcə də yüksək rütbəli zabitləriniə, generallarına yaxşı dərs verdilər. Onun sözlərinə görə, cəbhə boyu Ermənistan və qondarma Dağlıq Qarabağ separatçılarının acınacaqlı vəziyyətə düşmələrinə əsas səbəb Azərbaycanın birinci Qarabağ müharibəsindən sonra, daha dəqiqi isə, atəşkəs barədə razılaşma əldə edildikdən sonra iqtisadiyyatını gücləndirməsi oldu: "Bildiyimiz kimi, həmin dövrlərdə Ulu Öndər Heydər Əliyev Azrbaycanı böhranlı vəziyyətdən çıxması üçün hər şeyi sıfırdan başlatdı. Onun bir tarixi kəlamını bir daha xatırlatmaq yerinə düşərdi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Məhz onun sayəsində naşı siyasətbazların hakimiyyətləri dövründə dağıdılmış iqtisadiyyat bərpa olundu. Eləcə də ölkəmizin əsas strateji məhsulları olan neft-qaz amilinin bu inkişafda əsas yer tutması ətrafında aparılan nəhəng işlər, beynəlxalq aləmin diqqətinin Azərbaycana yönəldilməsi, pərakəndə ordunun, silahlı qüvvələrin yenidən formalaşdırılması istiqamətində görülən işlər və s. mühüm tədbirlər əlbəttə ki, sonrakı illərə hesablanmış mütərəqqi addımlar idi. Heydər Əliyev uzaqgörənliyinin önəmli faktorlarından biri və birincisi təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində Azərbaycanın uğur qazanması idi. O, həmişə vurğulayırdı ki, Qarabağ problemi xalqın və dövlətin bir nömrəli problemidir. Bu gün Onun siyasətini uğurla davam etdirən Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev də güclü iqtisadi gücü olan dövlətin istənilən məsələdə zəfər əldə edəcəyini yaxşı bildiyi üçün ölkəyə rəhbərlik etdiyi müddətdə həmin siyasi uğurları əldə etdi, Azərbaycan beynəlxalq aləmdə söz sahibinə çevrildi və bütün sahələrdə inkişaf, tərəqqi yolunu tutdu. Əlbəttə ki, Qarabağ məsələsində bıçağın sümüyə dirəndiyi vaxt olmalı idi və erməni işğalçıları bu prosesi sürətləndirməklə açığı, özlərinə məzar qazmış oldular. Biz, aprel ayının əvvəllərindən bunun şahidi olmaqdayıq. Onlar açıq-aşkar şəkildə Prezident İlham Əliyevin beynəlxalq görüşlərdə əldə etdiyi uğurlardan qıcıqlandılar. Dövlət başçımızın ABŞ səfəri isə işğalçıları belə desək, quduzlaşdırdı, qudurtu. İndi isə həmin qudurğanlıqlarının cavabını artıqlaması ilə alırlar. Cəbhədə əldə edilən nailiyyətlər, böyük irəliləyişlər bir çox xarici dövlətlər tərəfindən də normal qarşılanmaqdadır. Onlar da dərk edir və bəyan edirlər ki, Azərbaycan öz doğma, əzəli torpaqlarını işğaldan azad etmək hüququndan istifaə edir". Adil Əiyev ölkə başçısının keçirdiyi Təhlükəsizlik Şurasının iclasındakı sölzərini də xatırladaraq deyib ki, bu gün ermənilər öz əsgərlərinin kütləvi şəkildə öldürülməsini istəmirlərsə, rədd olusunlar Qarabağ torpaqlarından: "İlham Əliyev cənabları neçə illərdir ki, keçirilən böyük beynəlxalq tədbirlərdə bu müsajlarını verirdi. Təəssüf ki, ermənilər və onların havadarları bunu dərk etmir, həyasızcasına öz iddialarında dayanırdılar. İndi isə buyursunlar öz cavablarını alsınlar". Millət vəkili Türiyə, Pakistan, Belarus, Ukrayna kimi ölkələrin birmənalı olaraq Azərbaycanın haqlı mövqelərinə dəstək vermələrinə də münasibətini bilrirərək deyib ki, bu da çox önəmli haldır: "Bəli, Azərbaycan tək deyil və ona verilən dəstək xalqımızın həəmin dövlətlərə minnətdarlığı ilə müşahidə olunmaqdadır. Azərbaycan ona dost və qardaş münasibəti göstərən hər bir dövlətə eyni münasibəti göstərir və həmin dövlətlərin problemlərinin həllində yaxından iştirak etmək üçün hazır olduğunu sərgiləyir". Adil Əliyev cəbhədə həyatlarını itirən hərbi qulluqçuların, eyni zamanda mülki vətəndaşların ailələrinə baş sağlığı bildirib: "Şəhidik zirvədir, şəhidlik məktəbdir. Öz canlarını Vətən yolunda qurban verən oğullarımız bütün dünyaya öz qəhrəmanlıqlarını nümayiş etdirmiş oldular. Qəhrəmanlıq salnaməsi yazmaq bizim millətin, bizim xalqın qanında, canında var. Ona görə də biz yenilməz qüvvəyik. Biz, öz torpaqlarımızın azadlığı üçün ölümdən qorxmayan xalqıq və hər zaman öz dövlət rəhbərimizin, Ali Baş Komandanımızın, Cənab Prezident İlham Əliyevin verdiyi qərarlarını dəstəkləyirik, Prezidentimizin ətrafında daha da sıx birləşirik. Artıq geriyə yolun olmadığını da dərk edirik. Bizim hər birimiz qələbə köklənmişik. Hətta deyərdim ki, Azərbaycanda qələbə küləyi əsir". Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu Azərbaycanın Qarabağ cəbhəsindəki son uğurlarının uzunmüddətli və sistemli hazırlıqların nəticəsi olduğunu deyib. O, Azərbaycan Ordusunun son günlərdə imza atdığı uğurları 1994-cü ildə gerçəkləşdirilmiş məşhur Horadiz əməliyyatına bənzədib: "Mən öncə Ordumuzun bu uğurlu əməliyyatları münasibəti ilə hər kəsi təbrik edir, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləyirəm". Politoloq bildirib ki, cəbhə xəttində baş vermiş son gərginlik zamanı dünya ölkələrinin Azərbaycanla həmrəylik nümayiş etdirmələri çox mühm məqamdır: "Əməliyyatlar başladıqdan sonra dünya ölkələrinin reaksiyalarını gördük - əksəriyyəti Azərbaycanın maraqlarına uyğun mövqe bildirdilər. Təsəvvür edin ki, hətta KTMT də Ermənistanla birgə təmsil olunan MDB ölkələri də ona nəinki dəstək vermədilər, əksinə lehinə olan mövqe tutdular. Buna misal kimi, Belarusun İrəvandakı səfirinə qarşı təzyiqləri xatırlatmaq kifayətdir. Ermənilər indiyə kimi hesab edirdilər ki, KTMT işğala və işğalçılığa dəstək verən qurumdur. Amma son hadisələr onların nə qədər yanıldıqlarını göstərdi. Eyni zamanda, Rusiya hakimiyyəti də Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatı zamanı müdaxilə hesab olunacaq mövqe açıqlamadı. Bunun əksinə olaraq, Rusiya mətbuatı - hətta dövlət mediası ermənilərin mövqeyini dəstəkləyən materiallar yayımlaladılar. Açıq deyirəm ki, hazırda rus xalqının milli mətbuatı yoxdur. Rus mətbuatına uzun müddət yəhudilər, hazırda isə ermənilər nəzarət etməkdədirlər. Ona görə də, Rusiya mediasının bu mövqeyi təəccüb doğurmur. Bir daha Rusiya hakimiyyətinin mövqeyinə qayıtmaq istəyirəm. Vladimir Putin Medvedyevi Bakıya səfərə göndərir. Bildiyiniz kimi, Medvedyevin İrəvana səfəri nəzərdə tutulsa da, onun Bakıya gəlişi gözlənilmirdi. Amma indi Putin onu da Bakıya göndərir. Digər tərəfdən, Avrasiya İqtisadi İttifaqının İrəvanda keçiriləcək toplantısının Moskvaya təyin olunması da ermənilərə ciddi zərbə oldu. Artıq ermənilərə heç kəsin etimadı qalmayıb. Ermənilər özlərini az qala "anadangəlmə hərbçi" olaraq göstərməyə çalışırdılar. Azərbaycan Ordusunun son zərbəsi ermənilərin bu mifini də sabun köpüyü kimi dağıtdı. Azərbaycan isə öz ərazi bütövlüyünü istənilən an bərpa etmək əzmini növbəti dəfə təsdiqlədi, Azərbaycan müstəqil qərarı ilə öz ərazi bütövlüyünü bərpa etmək iradəsini bütün dünyaya göstərdi. Düzdür, hazırda tərəflər arasında atəşkəs razılığı əldə olunub. Lakin bunun nə qədər davam edəcəyini qəti şəkildə söyləmək mümkün deyil. Aydın olan budur ki, Azərbaycan Ermənistana sarsıdıcı zərbə endirib və bu uğurunu davam etdirməyə hər an hazırdır".
Alim