Artıq bütün dünya Azərbaycanın haqlı mövqeyini müdafiə edir
Dünya Dağlıq Qarabağın Azərbaycanın ərazisi kimi tanınması ilə razılaşır və bunun fərqindədir
18 Aprel 2016 12:29 SiyasətAprel ayının əvvəllərində təmas xəttində baş verən erməni təxribatı və bundan sonra Qarabağda genişmiqyaslı hərbi əməliyyatların qeydə alınması bizim də müəyyən itkilər verməyimizə səbəb oldu. Buna rəğmən hamı bir nəfər kimi vətən uğrunda döyüşə və ölümə getməyə hazır olduğunu dünyaya nümayiş etdirdi. Hər bir şəhidimizin valideyni övladı üçün yansa da,.ancaq qürurla "Vətən sağ olsun" dedi. Ancaq bir hal müəyyən şübhə yaradır. Ermənilər ordumuzun müvəffəq hücumundan özlərini itirib bir çox halda qaçarkən, nədən bizim şəhidlərimiz bir qədər çox oldu. Həm də zabit heyətimizdə xeyli itki qeydə alındı.
Müstəqil ekspert Rövşən Məmmədli hesab edir ki, istər erməni, istərsə də Azərbaycan tərəfində itkilərin çox olmasında Kremlin marağı olub: "Düzdür ermənilərin verdikləri ağır təlafat ordumuzun qalibiyyətli döyüşü sonucunda baş vermişdi. .Bəs bizim şəhidlərimizin gözləniləndən çox olması niyə baş verdi? Mümkün ki, Rusiya bu itkilərimizdə maraqlı olub və döyüşdə məxfi iştirak edib. Çünki, Moskvaya lazımdır ki, Ermənistan və Azərbaycan müharibədən çəkinib elə status-kvo şəraitində Rusiyadan asılı vəziyyətdə qalsın. Doğurdanda Rusiya Qafqaza nəzarətini itirməməmək üçün hər cür məkrli oyunlara gedir. Üzdə hər iki tərəfə özünü dost kimi göstərir. Bu mümkün deyil ki, iki döyüşən tərəfə eyni münasibətdə olasan. Elə Moskvanın 1-4 apreldə sərgilədiyi müəmmalı mövqe və ondan sonra atəşkəs üçün çox-çox fəallıq göstərməsi özü də yuxarıda deyilənləri təsdiqləyə bilər". Rövşən Məmmədli bildirib ki, Dağlıq Qarabağ və onun ətrafında Ermənistan tərəfindən işğal olunmuş bölgələrimizlə bağlı artıq bütün dünya Azərbaycanın haqlı mövqeyini müdafiə edir: "Dünya Dağlıq Qarabağın Azərbaycanın ərazisi kimi tanınması ilə razılaşır və bunun fərqindədir. Bu gün dünyada tanınmış bir çox məşhur şəxslər işğal altında olan bu ərazinin Azərbaycanın tarixi torpağı olmasını təsdiqləyir. Hətta ermənilərin bu yerlərə gəlmələrini təsdiqləyən dövlətlər və tanınmış şəxslər var. Ermənistanın birbaşa dəstəyi və yaxından iştirakı ilə seperatçıların zorla Dağlıq Qarabağı işğal edib oradan aborogen xalq olan azərbaycanlıları qovmaları bütün dünyaya məlumdur.
BMT-nin də Ermənistan qoşunlarının dərhal işğal olunmuş ərazilərimizdən çıxarılması haqqında məlum 4 qətnaməsi elə dünya dövlətlərinin dəstəyi ilə qəbul olunmuşdur. Belə olan halda Azərbaycan diplomatiyasının yenə öz yerində sayması təəssüf doğurur. Yenə də televiziyada, eləcə də mühüm görüşlərdə Azərbaycan yetgililəri 5 rayonun qaytarılmasını, daha sonra münaqişəni mərhələli yolla həll etməyi vurğulayırlar. Ancaq hesab edirəm ki, artıq mövcud durumda məsələnin bu cür həlli bizə sərf etmir. Prezidentimiz erməni qoşunlarının danışıqsız Azərbaycandan çıxarılmasını və bundan sonra ərazilərimizdə yaşayan ermənilərə status verilməsini dediyi halda, ancaq bir çox məmurlarımız, xüsusilə diplomatiya ilə məşğul olanlar, yazarlar, televiziya proqramlarımız yenə də münaqişənin mərhələli həllindən danışırlar. Fikrimcə bu cür yanaşmalar bizə olduqca zərərlidir və mövcud üstünlüyümüzə, xüsusilə 1 apreldən sonra yaranmış duruma uyğun deyildir.İndi hamı bir nəfər kimi məmur da, .sadə vətəndaş,.ziyalı, yazar da mətbuatda Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməli və hamı vətən uğrunda öz çabasını bu istiqamətdə aparmalıdır. Belə olarsa dünya da bizi tez və birmənalı başa düşəcək və bu münaqişənin aradan qaldırılması üçün bizə dəstək verəcəklər. Əks təqdirdə dünya bizi anlamayacaq və tələbi düz qoymadığımızı görüb bizdən uzaqlaşacaqlar". Ekspertin sözlərinə görə, hazırda Ermənistanla Rusiya Azərbaycanın işğal altında olan 5 rayonunun geri qaytarılması ilə bağlı yeni oyun oynayır. Rövşən Məmmədli hesab edir ki, Rusiya guya erməniləri dilə tutur,.erməni başbilənləri isə naz edir, bir qarış da olsun torpağı geri qaytarmayacaqlarını bəyanlayırlar: "Bu bir oyundur Kremllə İrəvanın arasında.məqsəd 5 rayonu geri qaytarıb Rusiyanın "sülhməram"lılarını (əslində ordusunu) Dağlıq Qarabağa, Laçın və Kəlbəcərə yeritmək, .bununla da ermənilərin istəyini həll etməkdir. Həmçinin bu plan Moskvanın Qafqazı birdəfəlik əlində saxlamasına xidmət etməkdir. Odur ki, İrəvanla Moskvanın bu oyunbazlığına aldanmaq olmaz və münaqişənin mərhələli həll planını rədd etmək lazımdır". Rövşən Məmmədlinin sözlərinə görə, Azərbaycan yaranmış durumdan çıxış etməli, Ermənistanın işğalçı ordusunun Azərbaycanın işğal altında olan bütün ərazilərindən.dərhal, qeyd-şərtsiz çıxarılması tələbini irəli sürməli və bu işğalçı ordunun ərazilərimizdən çıxdıqdan sonra Dağlıq Qarabağda yaşayan ermənilərə və oraya, öz tarixi vətəninə qayıtmış azərbaycanlılara yerli özünüidarə hüquqları verəcəyini bütün dünyaya bəyan etməlidir: "Bu işə məsuliyyətli, aidiyyatlı beynəlxalq qurumlardan erməni işğalçı ordusunun ölkəmizin ərazilərindən dərhal çıxarılmasını, BMT-nin məlum 4 qətnaməsinin tələblərinin həyata keçirilməsini tələb etməlidir. Bununla da Moskva ilə İrəvanın yeni oyunbazlığı bütün dünyada ifşa edib heçə endirməlidir".
Füzuli