AVCİYA-nın petisiya layihəsi Mingəçevir Dövlət Universitetində müzakirə edilib

Aprelin   13-də   Mingəçevir   Dövlət   Universitetində   Azərbaycanda   Vətəndaş   Cəmiyyətininİnkişafına Yardım Assosiasiyası tərəfindən "Ədalətin Bərqərar Olunması və Böyük FəlakətinQarşısının Alınması naminə" adlı petisiya layihəsi çərçivəsində tədbir keçirilib. Xatırladaq ki,layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti ElxanSüleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunub. Mingəçevir Dövlət Universitetinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirigiriş sözü ilə universitetinin prorektoru Rövşən Əliyev açıb. O petisiyanın əhəmiyyəti barədədanışıb.AVCİYA-nın əməkdaşı Bəxtiyar Məmmədli petisiya layihəsinin zərurəti və görülən işlər barədəməlumat verib. B.Məmmədli qeyd edib ki, petisiyada qeyd olunan müddəalar AŞPA-nın 2085(2016)   saylı   qətnaməsində   də   əksini   tapıb.   Həmin   qətnamədə   Azərbaycan   torpaqlarınınErmənistan tərəfindən işğal edilməsi vurğulanır. Daha sonra tədbir iştirakçılarına səsvermə qaydaları barədə məlumat verilib və onların sualları cavablandirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31