Lənkəran Dövlət Universiteti AVCİYA-nın petisiya layihəsini dəstəkləyib
17 Aprel 2016 19:24 SiyasətAprelin 15-də Lənkəran Dövlət Universiteti Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafınaYardım Assosiasiyası tərəfindən irəli sürülmüş "Ədalətin Bərqərar Olunması və Böyük FəlakətinQarşısının Alınması naminə" adlı petisiya layihəsinin müzakirəsi üçün növbəti məkan olub.Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti,millət vəkili Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciətolunur. (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe)Lənkəran Dövlət Universitetinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri girişsözü ilə açan universitetin rektoru vəzifəsini icra edən professor Nizami Yusubov petisiyanınmahiyyəti ilə bağlı məlumat verib. N.Yusubov hər bir vətəndaşın, universitet əməkdaşının bupetisiyanın imzalanmasında yaxından iştirak etməli olduğunu xüsusi vurğulayıb.AVCİYA-nın əməkdaşı Bəxtiyar Məmmədli bildirib ki, Azərbaycan ərazilərinin Ermənistantərəfindən işğalı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından petisiya layihəsimüstəsna əhəmiyyətə malikdir. B.Məmmədli qeyd edib ki, petisiya layihəsində həmçinin işğalınnəticələrinin gələcəkdə daha böyük humanitar fəlakətə və ekoloji təcavüzə yol aça biləcəyi əksinitapıb.Sonda tədbir iştirakçılarına səsvermə qaydaları izah olund