Ərdoğan ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə ittiham edib

"Azərbaycanlı qardaşlarımızı təxminən 25 ildir, Ermənistan işğalı altında olan torpaqlarının azad edilməsi uğrunda mübarizələrində dəstəkləyirik". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısının yekunlarına dair mətbuat konfransında deyib. O, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə ittiham edib. "Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı lazımı hüquqi sənədlər var. Problemin həlli üçün daha çox səy göstərilməsi lazımdır. Mən həmsədrlərin bu prosesi yekunlaşdırmamasını anlamıram. Bunun üçün ciddi addımlar atılmalıdır", - deyə Ərdoğan qeyd edib .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31