Niyaməddin Orduxanlı MSK-nın əvəzedici üzvü seçildi

Milli Məclisin plenar iclasında "Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında" qərar layihəsi müzakirəyə çıxarılıb və qəbul edilib. MSK-nın tərkibinə yeni üzvülərlə yanaşı 4 nəfər əvəzedici üzvülər də seçilib. Milli Məclisdə azlıq təşkil edən partiyaların əvəzedici heyyətinə bir nəfər- BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı seçilib. "OLAYLAR"-ın xəbərinə görə, bununla bağlı acıqlama verən Niyaməddin Orduxanlı bildirib ki, qanunvericliyə görə, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlar, Milli Məclisdə azlıq təşkil edən partiyalar MSK üzvlüyünə namizədlərini parlamentə təqdim edir və bunlarla yanaşı 4 nəfər də əvezedivi heyyətə seçilir:" İlk öncə mənə bu etimadı göstərən şəxslərə və o cümlədən hörmətli millət vəkilərinə mənə səs verdiklərinə görə, təşəkkürümü bildirirəm. Çalışacam ki, göstərilən etimadı doğruldum."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31