AKP millət vəkili: "Qarabağ üçün hamımız şəhid olmağa hazırıq"

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) İğdır millət vəkili Nurəddin Aras Dağlıq Qarabağda baş vermiş son döyüşlərdə şəhid olmuş Qalib Orucəliyevin ailəsinə başsağlığı vermək üçün bir qrup iğdırlı ilə Naxçıvana səfər edib. APA  bildirir ki, millət vəkili şəhidin yas məslisinə qatılıb, Q. Orucəliyevin əmisi Elmar Orucəliyevə başsağlığı verib. N. Aras İğdırda yaşayan soydaşlarımızın Azərbaycan xalqının acısını bölüşdüyünü deyib: "Qarabağ şəhidlərinin acısını bilir və ürəyimizdə hiss edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Qarabağ üçün hamımız şəhid olmağa hazırıq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31