“Azərbaycan ordusu cəbhədə baş verən son proseslərdə düşmən üzərində böyük uğurlar əldə etdi”

Bunu Milli Məclisin iclasında millət vəkili Fəzail Ağamalı deyib. F.Ağamalı qeyd edib ki,m buna baxmayaraq bəzi qüvvələrin son hadisələrdə özlərini düzgün aparmadılar: "Həmin qüvvələr bir daha öz iç üzlərini açıb göstərdilər. Amma onlar da digərləri də bilsin ki, qələbə bizimlədir. Mən buna tam əminəm. Bəzi mətbuat orqanları da qələbəyə kölgə salaraq anti-milli fəaliyyət göstərirlər. Mətbuat Şurası onlaras qarşı sərt tədbir görməlidir. Çalışmalıdır ki, sosial şəbəkələrdə belə məlumatlara qadağa qoyulsun". Millət vəkili əlavə edib ki, aprel hadisələrində Avropa ölkələrindən fərqli olaraq MDB-dən Azərbaycana kifayət qədər dəstək gəlmədi: "Hesab edirəm ki, diaspor təşkilatlarımız MDB ölkələrində də fəaliyyətlərini artırmalıdırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31