“Azərbaycan ordusu şanlı qələbələr əldə etdiyi bir vaxtda buna kölgə salan qüvvələr peyda olub”
15 Aprel 2016 13:24 SiyasətBunu deyən millət vəkili Fərəc Quliyev təklif edib ki, dövlət və milli maraqları aşağılayan şəxslərin məsuliyyətə cəlb olunnmasıyla bağlı qanun hazırlansın: "Belə bir qanun beynəlxalq praktikada da mövcuddur. Türkiyənin cinayət qanunvericiliyində bu məsələ ilə bağlı xüsusi maddə var". Millət vəkili həmçinin təklif edib ki, Parlamentdə Dağlıq Qarabağla bağlı xüsusi dinləmələr keçirilsin: "Bu dinləmələr qapalı da ola bilər. Xarici İşlər Nazirliyi gedən proseslər barədə millət vəkillərinə məlumat verə bilərlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31