“Dünyada və Azərbaycanda elə mövzular var ki, onun üzərindən siyasət qurmaq, yaxud mübarizə aparmaq yolverilməzdir”

Bunu Milli Məclisin iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib. Q.Həsənqulıiyev qeyd edib ki, bu kimi hallar cəmiyyət tərəfindən qınanmalıdır: "Bu mövzulardan biri də vətən uğrunda olan şəhidlərimizdir. Onların üzərində siyasət qurmaq olmaz. Yazırlar ki, şəhidlərin siyahısını gizlədirlər, dövlət adamları şəhidlərin mərasimlərinə qatılmır və s. Biz şəhidin yasd mərasiminə qatıldıq. Şəhidlərin dəfni mərasimində minlərlə insan iştirak edirlər. Onlarda görürlər ki, mərasimlərə kimlər qatılır. Hesab edirəm ki, belə mövzular siyasət aləti olmamalıdır". Millət vəkili keçmiş AXCP sədri Əli Kərimlini də tənqid edib: "30-40 quldur qabağından qaçanlar indi müharibə haqda danışırlar. Amerikada Qarabağla bağlı aparılan danışıqlar zamanı Əli Kərimli mitinqi təxirə saldı. Belə riyakar insanlara qarşı cəmiyyət öz narazılığını bildirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31