Prezidentin mətbuat katibi: Azərbaycan prezidentinin Cəmiloğlu və Çubarovla görüşü olmayıb
14 Aprel 2016 18:12 SiyasətBu gün bəzi media orqanlarında İstanbulda Azərbaycan prezidenti İlham Əliyevin Krım tatarlarının liderləri Mustafa Cəmiloğlu və Refat Çubarovla görüşü ölması barədə məlumat yayıb. Bu məlumata münasibət bildirən Azərbaycanın Prezidentinin mətbuat katibi Azər Qasımov APA-ya açıqlamasında deyib: "Bəli, bu gün İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının sessiyasında fasilə zamanı Azərbaycan prezidenti çay içərkən Cəmiloğlu və Çubarov prezidentə yaxınlaşaraq özlərini təqdim ediblər. Beləliklə, bunu hər hansı görüş adlandırmaq olmaz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31