Putin canlı efirdə Qarabağ münaqişəsinin həlli yolundan danışdı

Vladimir Putinin sözlərinə görə, bu, çox həssas mövzudur: "Bu mövzuya "ziyan vurma" prinsipi üzrə yanaşmaq lazımdır. Rusiya milli strukturlar çərçivəsində və ikitərəfli qaydada bu problemin həlli üzərində işləməyi və bu problemin nizamlanması üzrə fəaliyyətini davam etdirəcək". Trend xəbər verir ki, o əlavə edib ki, burada siyasi vasitələrin köməyi ilə tapılmalı olan uzunmüddətli həllər lazımdır: "Kim nə desə də, Rusiya bu məsələnin həllində maraqlıdır. Biz Azərbaycan və Ermənistanla dolğun işləmək istəyirik. Rusiyada milyonlarla azərbaycanlı və erməni yaşayır. Lakin yekun qərarı Azərbaycan və Ermənistan xalqları verməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31