Politoloq: “Ermənistanın sonda əqrəb kimi özünü sancmaqdan başqa yolu qalmayacaq”

Bu tendensiyanı Gün.Az-a şərh edən müstəqil politoloq Əlabbas Məhərrəmli hesab edir ki, Ermənistanda Rusiyaya qarşı güclənən əhval-ruhiyyə İrəvanı tam təcridə yuvarlandırır: "Uzun illər boyu dünyanın əksər ölkələrinin Ermənistana dəstək vermələri, himayə göstərmələri haqqında dayanıqlı fikirlər formalaşmışdı və bu da qətiyyən əsassız deyildi. Lakin Azərbaycanın son illərdə həyata keçirdiyi fəaliyyət, xüsusilə, diplomatik müstəvidə görülən işlər dünyanın Ermənistana münasibətində kəskin dəyişiklik yarada bilib. Biz bu dəyişikliyi tam olaraq, Qarabağ cəbhəsində 1-5 aprel əməliyyatlarının gedişində və ondan sonra açıq gördük. İşğalçı Ermənistanı heç bir ölkə, hətta İrəvanın ən güvəndiyi ölkələr belə dəstəkləmədi. Bu çərçivədə ermənilərə ən sarsıdıcı zərbə Rusiyanın tutduğu mövqe oldu. Şimal qonşumuz ermənilərin bütün gözləntilərinə baxmayaraq, işğalçılara rəsmi səviyyədə hətta sözdə də dəstək vermədi. Maraqlıdır ki, atəşkəs razılaşmasından sonra Ermənistanın bütün aqressiyası artıq Rusiyaya yönəlib. Bu ölkənin prezidenti başda olmaqla yüksək vəzifəli şəxsləri, politoloqları, mətbuatı Rusiyaya əleyhinə kökləniblər. İrəvanda ötən gün Rusiya  səfirliyi qarşısında etiraz aksiyasının keçirilməsi ermənilərin öz əsas tərəfdaşlarına qarşı tövrlərini dəyişdiyini göstərir. Ermənistan başını itirmiş vəziyyətdə öz başlıca hamisini düşmən elan etməkdədir. Başqa sözlə desək, Ermənistanin Rusiyaya qarşı demarşı İrəvanı tam təcrid vəziyyətinə yuvarlandırır. Gözlənilən budur ki, belə gedişlə Ermənistanın sonda əqrəb kimi özünü sancmaqdan başqa yolu qalmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31