Almaniyada Qarabağ diskussiyası keçirilib

Almaniyada fəaliyyət göstərən Almanya Türk Ocağı təşkilatının təşəbbüsü ilə "Qarabağ məsələsi" mövzusunda diskussiya təşkil olunub. Almanya Alman Azərbaycan Mədəniyyət Evinin İcraçı direktoru, Dünya Azərbaycanlıları Assambleyasının Təşəbbüs Qrupunun rəhbəri Rəşad Quliyev "OLAYLAR"-a bildirib ki, tədbiri giriş sözü ilə açan Almanya Türk Ocağı təşkilatının Burak Murat Görmez son zamanlar Qarabağ bölgəsində yaşanan olayların hər kəs kimi onları da narahat etdiyini deyib. Bildirib ki, Almanyada yaşayan və burada doğulub böyüyən azərbaycanlılar, türklər bu məsələlərə səssiz qalmamalıdırlar. Tədbirdə çıxış edən Rəşad Quliyev deyib ki, Qarabağ artıq oranı tanımayan, görməyən gənclər üçün unudulmuş bir məkandır: "Ancaq qərəmanlıqla şəhid olan gənclərimiz, şəhidləri dəfn etməyə çıxan on minlərlə insan sübut etdi ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Biz beynəlxalq hüququn bərpa olunmasını istəyirik. Xalqımız, diasporamız, Ali Baş Komandanımzı Cənab İlham Əliyevin, ordumuzun komandanı, nazirimiz Cənab Zakir Həsənovun arxasındadır. Bunu da hər kəs bilməlidir". Tədbir daha sonra qarşılıqlı müzakirə və sorğu cavabla davam etdirilib. SonDa Rəşad Quliyevə Kıbrıs Mücahitlər Dərnəyinin döş nişanı təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31