MN: Ermənistan digər meyitləri aşkara çıxarmaq üçün Azərbaycan ordusunun guya diversiya əməliyyatları keçirməsi barədə məlumatlar yayır
14 Aprel 2016 12:25 SiyasətMüdafiə Nazirliyi (MN) qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinə məxsus diversiya qrupunun guya qarşı tərəfə keçməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, düşmən tərəfi son döyüş əməliyyatları zamanı çoxsaylı itkilərinin bir qismini açıqladıqdan sonra Ermənistan ictimaiyyəti qorxu və vahimə içindədir: "Odur ki, Ermənistan kriminal hərbi-siyasi rejimi digər meyitləri aşkara çıxarmaq üçün Azərbaycan ordusunun guya hər gün diversiya əməliyyatları keçirməsi barədə məlumatları hələ uzun müddət verəcək və ölülər barədə xəbər yayacaq. Uğursuzluqlarını ört-basdır etmək üçün onların belə bəhanələrdən başqa çıxış yolu yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31