Elçin Mirzəbəylidən Rusiyada yaşayan fəallara çağırış

“Nəticəsi öncədən bəlli olan debatlara qatılmaq lazım deyil”

"Rusiya telekanallarına həqiqətin aşkara çıxarıldığı müzakirələr deyil, öncədən müəyyənləşdirilmiş nəticəyə xidmət edən mənzərənin yaradılması lazımdır. Ukrayada baş verən hadisələr zamanı da eyni texnologiyadan istifadə edilirdi". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Elçin Mirzəbəyli səsləndirib. Bildirib ki, Ukraynanın mövqeyini ifadə edən 1 nəfər studiyaya çağırılırdı və 5-10 nəfər qarğa-quzğun kimi düşürdü onun üstünə: "Qənaətimə görə, Rusiya telekanallarında təşkil olunan belə debatlara qatılmaq lazım deyil. Çünki bu halda Rusiya telekanalları 2 önəmli üstünlük qazanırlar. Birincisi, özlərini bu prosesin hakimi kimi nümayiş etdirir, konkret halda studiyanı, ümumumiyyətlə isə Rusiyanı münaqişələrin həll edildiyi, dialoqa imkan yaradıldığı məkan kimi təqdim edirlər. Beynəlxalq müstəvidə tənzimlənən istənilən məsələ Rusiya müstəvisinə çəkilir. Prosesin texnoloqları münaqişənin yalnız Rusiya tərəfindən həll edilə biləcəyi təəssüratını yaratmağa çalışırlar: Yəni situasiyanın sahibi Rusiyadır və Rusiya olmasa qan dizə çıxar. İkicisi, bu debatlarda əks mövqeni ifadə edən 1 nəfərin belə iştirakı Rusiya telekanallarına tərəfsizliklərini iddia etmək imkanı qazandırır və onlar xüsusi həyasızlıqla müzakirələrin obyektiv aparıldığını və bütün tərəflərə öz mövqeyini müdafiə etmək imkanının tanındığını deyə bilirlər. Məhz bu səbəbdən, hesab edirəm ki, nəticəsi öncədən bəlli olan debatlara qatılmaq lazım deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31