İslam Əməkdaşlıq Təşkilatı Gənclik Zirvəsındən Azərbaycana dəstək

Sabah İstanbulda oz işinə başlayacaq İƏT Dövlət Başçıları Sammiti öncəsi, İƏT tarixində ilk dəfə olaraq İslam Konfransı Gənclər Forumu tərəfindən İƏT Gənclik Zirvəsi təşkil edilib. "OLAYLAR"-a daxil olan məlumata görə, İƏT üzv ölkələri Dövlət başçıları Sammitinin tərkib hissəsi olan, İƏT və Türkiyə hökuməti ilə birgə 11-13 tarixlərində İstanbulda keçirilən İƏT Gənclik Zirvəsinin bağlanış mərasimində Azərbaycanla bağlı mühüm dəstək ifadə edilib. Rəsmi bağlanış mərasimində çıxış edən İKGF sədri Elşad İskəndərov bildirib ki, Gənclik Zirvə toplantısında 57 İƏT-ə üzv ölkəni və qeyri-müsəlman ölkələrinin aparıcı müsəlman azlıqlarını təmsil edən 200-ə yaxın gənc liderlə yanaşı, 8 ölkənin Gənclər və İdman nazirləri, 6 beynəlxalq təşkilat rəhbəri və dünyanın bir sıra aparıcı elm və ictimai xadimləri, ekspertlər iştirak edib. İki gün davam edən panel və işçi qrup müzakirələri zamanı Gənclik Zirvəsi tərəfindən yaxın illərdə İƏT-in gənclik siyasətinin əsas parametlərini özündə əks etdirən "Gənclik Strategiyası" qəbul edilib. Müzakirələr zamanı Azərbaycanın son günlərdə öz ərazi bütövlüyünün müdafiəsi sahəsində və işğalçı Ermənistan ordusunun təxribatlarına qarşı tutarlı cavab əməliyyatları dəstəklənmiş, sosial mediada Azərbaycana dəstəklə bağlı kampaniya təsis edilməsi, bununla bərabər artıq dünyada geniş yayılmış Xocalıya Ədalət kampaniyasına da dəstək verilməsi təşəbbüsü irəli sürülərək qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31