Ermənistan azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasından qorxur

Yerevanda keçirdikləri mətbuat konfransında həmsədrlər (İ.Popov) Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması ilə DQ-ın statusunun müəyyən olunmasını bir-birinə bağladılar, bir-biri ilə əlaqəli şəkildə təqdim edirlər. Yenilənmiş Madrid Prinsiplərinin tələbinə görə Dağlıq Qarabağ azərbaycanlıları Dağlıq Qarabağa qayıtmadan Dağlıq Qarabağın statusunu müəyyən etmək qeyri-mümkündür. Siyasi innovasiyalar və texnologilayar mərkəzinin direktoru Mübariz Əhmədoğlu bildirib ki, Ermənistan prezidenti S.Sərkisyan Dağlıq Qarabağın erməni icmasına Dağlıq Qarabağın azərbaycanlı icması ilə təmasda olmağı qadağan edib. S.Sərkisyan nəinki Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa, hətta azərbaycanlıların Dağlıq Qarabağ ətrafındakı rayonlara qayıtmasının əleyhinədir: "Ermənistan azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasından hədsiz dərəcədə qorxur. Məhz buna görə, Azərbaycan rəsmi şəkildə dəfələrlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq məsələsini qaldırsa da Ermənistanın qadağası buna imkan verməyib. Həmsədrlər isə S.Sərkisyanın bu qadağası ilə hesablaşırlar. Bu vaxta qədər həmsədrlər bir dəfə də olsun Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq məsələsini gündəliyə gətirməyib. Həmsədrlər Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqu bu vaxta qədər gündəliyə gətirmədikləri halda Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qaytarılması məsələsini müzakirə etməsi absurddur. ATƏT MQ həmsədrləri ərazilərin Azərbaycana qaytarılması ilə Dağlıq Qarabağın statusunun müəyyən olunmasını əlaqələndirməsini doğrudan da həll variantı kimi görürlərsə, onlar bu vaxta qədər Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqu qurmalı idilər. Bu dialoq işlək mexanizmə çevrilməli idi.Dağlıq Qarabağ münaqisəsi regionunda yeni müharibədən qaçmaq şansı var və bu, həmsədrlərin əlindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31